Sosial, ZZ-Manşet

Hələbdə bombardman nəticəsində dinc sakinlər ölüb

helebSuriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin bu gün Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb.

GSR.fm-in Report-a istinadən verdiyi məlumata görə, ölənlər arasında xeyli sayda qadın və uşaq var. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb.

Bombardmanların hazırda da davam etdiyi bildirilir. Agentliyin xəbərinə görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura da bildirib ki, son günlər Hələbin bombardman edilməsi nəticəsində 200-dən çox mülki sakin həlak olub. O, qeyd edib ki, son 3 gündə ölənlərin sayı 213 nəfərdən çoxdur.

BMT rəsmisi ölənlər arasında onlarla qadının və uşağın olduğunu vurğulayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.