Türkiyənin Konya şəhərində ABŞ, Almaniya, İngiltərə, İspaniya, Pakistan, NATO ilə Türkiyənin quru, dəniz və hava qüvvələrinin iştirakı ilə “Anadolu qartalı-2015 / 1” təlimləri başlayıb.
GSR.fm APA-ya istinadən xəbər verir ki, təlimin məqsədi döyüş şəraitinə yaxın vəziyyətdə təcrübə, bilik və bacarıqların bölüşdürülməsidir.
Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Cümhuriyyəti, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovakiya, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman tədbirlərdə müşahidəçi kimi iştirak edir.
İyunun 8-də başlayan təlimlər ayın 19-da başa çatacaq.