Siyasət, ZZ-Manşet

Hindistanda terror aktı törədilib

hind terrorHindistanın Cammu və Kəşmir ştatında törədilən terror aktı nəticəsində bir dinc sakin ölüb, 10 nəfər yaralanıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, insident ştatın paytaxtı Srinaqar şəhəri yaxınlığında qeydə alınıb.

Naməlum terrorçular bazarda yerləşən polis məntəqəsinə qumbara atıblar. Hadisə nəticəsində bir dinc sakin ölüb, 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşlarının vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata əsasən, Qurban bayramı ilə əlaqədar bazarda əhalinin sıxlığı daha çox olub.

Terror hadisəsi ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.