Sosial, ZZ-Manşet

Hindistanlı kinoaktyor insan ölümündə günahkar bilinib

salman xaniHindistanda məhkəmə məşhur kinoaktyor Salman Xanı evsiz insanın ölümündə günahkar bilib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, hakimin qərarına əsasən, S. Xan sərxoş halda avtomobili idarə edərkən adam vurub.

Hadisə 2002-ci ilin sentyabrında Mumbai şəhərində baş verib.

İrəli sürülən ittihamlara rəğmən, aktyor hadisə baş verən an sükan arxasında sürücünün olduğunu iddia edib.

Məhkəmənin yekun qərarı hələlik açıqlanmır. S. Xanı 10 il müddətinə həbs cəzası gözləyir. Aktyorun qərardan apellyasiya şikayəti verəcəyi, bu üzdən də məhkəmə prosesinin daha bir neçə il uzanacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.