Texnologiya, ZZ-Manşet

“HP” printerləri ucuz kartricləri tanımaqdan imtina edib

hpABŞ-ın “Hewlett-Packard” (“HP”) şirkətinin bir neçə populyar printer modeli (“HP OfficeJet”, “OfficeJet Pro” və “OfficeJet Pro X”) başqa istehsalçıların ucuz kartriclərini tanımır.

GSR.fm ICTnews-a istinadən yazır ki, istifadəçilərin sözlərinə görə, ucuz kartriclərin sözügedən şirkətin printerləri tərəfindən imtinası ilə bağlı ilk hadisə 13 sentyabrda qeydə alınıb. Məlum olub ki, bu, müvəqqəti nasazlıq deyil, çünki həmin tarixdən etibarən şikayətlərin sayı bir neçə dəfə artıb.

Məsələn, Hollandiyanın kartriclərin satışı ilə məşğul olan “123ink” şirkəti qeyd edir ki, yalnız bir gündə min şikayət gəlib. Bu vəziyyət istifadəçiləri qıcıqlandırır, çünki “HP”-nin rəsmi kartricləri daha bahadır.

Amerika şirkətindən olan nümayəndələr bildiriblər ki, printerlərin proqram təminatının yenilənməsi zamanı onu elə proqramlaşdırıblar ki, yalnız “HP”-nin kartriclərini tanıyır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.