Texnologiya, ZZ-Manşet

“Huawei” yeni planşetini nümayiş etdirib

huawi_300“Huawei” şirkəti Parisdə ikinci nəsil “MediaPad M” planşet kompüterini təqdim edib. Model “Full HD” 0020 formatını dəstəkləyən 8 düymlük ekran, metal korpusa malikdir və dördüncü nəsil şəbəkəsini dəstəkləyir.

GSR.fm ICTnews-a istinadən bildirir ki, “Huawei MediaPad M2” planşet kompüteri 64 bitlik hesablamanı dəstəkləyən səkkiznüvəli prosessorla təchiz edilib. Aparat, həmçinin “LTE” modem, 2 QB əməli və 16 QB daxili yaddaşa malikdir. Ekranın təsvir ölçüsü 1920×1200 nöqtə (283 ppi) təşkil edir.

Cihaza “EMUI 3.0” istifadəçi interfeysinə malik “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.

Planşetin arxa panelinə işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik əsas kamera, ön paneldə isə 2 meqapiksellik kamera quraşdırılıb.

“Android” platforması ilə işləyən planşetin qalınlığı 7,8 mm, çəkisi 310 qramdır. Akkumulyator batareyasının tutumu 4800 milliamper/saat təşkil edir.

Fransada qurğunun dəyəri 350 avro təşkil edir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.