“Microsoft Mobility” “Nokia”nın mobil texnikasına həsr edilmiş rəsmi saytda yeni məhsulun elanını yerləşdirib.
GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, “Android” mobil əməliyyat sistemi ilə işləyən “Nokia X” seriyalı smartfonların ikinci nəsli olacaq.
Yeni “Nokia X2” smartfonu 4,3 düymlük ekran, 1 QHs takt tezlikli ikinüvəli “Snapdragon” prosessoru və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.
“Microsoft”un mobil qurğuları ilə bağlı saytında yerləşdirilmiş informasiyaya əsasən, yeni qurğu iyunun 24-də saat 12:00-da nümayiş etdiriləcək.