Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra prezident yeni binanın sakinləri ilə görüşüb.