Türkiyəli müğənni İlyas Yalçıntaş Bakının qonağı olacaq.
GSR.fm Axşam.az-a istinadən xəbər verir ki, məşhur “İncir” mahnısının ifaçısı sentyabrın 28-də konsert verəcək. Tədbir “Capitol club”da baş tutacaq.
İlk dəfə Bakıya gələcək İlyas “İçimdeki duman” albomundakı mahnılarını səsləndirəcək.
Gecədə türkiyəli ifaçı ilə yanaşı səhnəyə yerli müğənnilər – Səidə Sultan, Niyam Salami, Ramal İsrafilov, reperlər Elşad Xose, Qurd və başqaları çıxacaq.
Biletləri klubdan əldə etmək olar.