Müsahibə, Sosial, ZZ-Manşet

“İnsan özü-özünün psixoloqudur”

TLMPM03: FOTOLAVASTUS :TALLINN, EESTI, 13MAR03. Pildil on fotolavastus. Pildistatud Arterile. depressioon, stress, enesetapp, tabletid. lt/Foto LIIS TREIMANN/POSTIMEES

“Payız depressiyaları adətən nevroz xəstəlikləri müşahidə olunan insanlarda daha çox olur. Havanın birdən dəyişməsi, günlərin qısalması, yağışlı havaların başlanması onlara çox pis təsir edir”

Bu sözləri GSR.fm-ə müsahibəsində psixoloq Şəhla Vəliyeva deyib.

“Payız depressiyası olan insanlarda tez təsir altına düşmək, özünə qapanmaq, ünsiyyətə girə bilməmək kimi simptomplar olur. Ona görə də, onların payız depressiyalarına düşməsi çox asandır, amma bəzi insanlar var ki, ümumiyyətlə hava onlara təsir etmir, onlar daha möhkəm olur. Belə insanlar ya depressiyanı çox rahat keçir, ya da heç depressiyaya düşmürlər. Payız depressiyasına düşən insanların əhval-ruhiyyəsi dəyişkən olur. Onlar ünsiyyətə girmək istəmirlər, daim pis hadisənin olacağını düşünürlər. Bu zaman onlar heç yerə çıxmaq istəmir, daha çox qapalı məkanlarda olmağa üstünlük verirlər. Bu depressiyanın əlamətlərinə əsəbilik, müsbət emosiyaların itirilməsi, daxili gərginlik və s. daxildir”.

Şəhla xanım eyni zamanda depressiyadan çıxmaq üçün məsləhətlərini verib:

“Biz bu insanlara musiqi dinləməyi, gəzməyi, idmanla məşğul olmağı, neqativ insanlardan uzaq durmağı və s. məsləhət görürük. Belə depressiv hallar olanda hər zaman insanlara məsləhət görmək lazımdır ki, özünə qapanıb  bu depressiyanı dərinləşdirməkdənsə, insan özü-özü ilə mübarizə aparıb bu vəziyyətdən çıxmalıdır. Çünki, insan özü-özünün həm həkimi, həm də ən yaxşı psixoloqudur. İnsan özü istəməsə, heç kəs ona kömək edə bilməz. Ona görə, belə hal yaşandıqda ən yaxşı çıxış yolu depressiyaya düşən şəxsin özünün mübarizə aparmasıdır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.