Salam. Əslində bu mövzular çoxdandır ki, beynimdə vardı, onları qələmə almağa məni son günlərin hadisələri vadar edib…
***
“- Mənə nə… Kim nə sevirsə sevsin… Divlər piroqa bənzəməz… Divlər soğana bənzər, layları vardır…”, – bu çizgi filmdəki Şrekin dediyi sözdür. Əslində bunu insanlar üçün də tətbiq etmək olar. İnsanlar soğana bənzər, lay-laydır. Hər bir layı bir xüsusiyyətini ifadə edər. Hamısı birdən bir bütövlük təşkil edər və eyni zamanda bir-birindən ayrıdır, bir-birinə qarışmaz.
***
Birinci lay. Milliyət.
Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində milliyəti yazılmaz. Hamımız Azərbaycan Respublikasının vətəndaşıyıq. Məna kəsb etmir. Amma doğulduğu yer yazılır. Nə mənası varsa…
Amma öz içimizdə bölünürük. Biri türkdür, biri kürd, biri ləzgidir, biri talış, biri tatdır, biri avar, çeçen, çingənə, tatar, ayrım… Bəzilər isə kənarda durub baxırlar. “Türkün türkdən başqa dostu yoxdur”. Talışın da talışdan, ləzginin ləzgidən… “Kim deyib ki, biz türkük?”Mənası olmayan dartışmalar.
İnsanın milliyəti şəxsiyyət vəsiqəsinsə belə yazılmırsa, alnındamı yazılır? Şəxsin milliyətini harasından bilmək olar? Ancaq danışdığı dildən.
***
İkinci lay. Dil.
Bu lay da şəxsiyyət vəsiqəmizdə yer almır. Yer alması da anormal olardı, çünki heç bir dövlətdə tətbiq olunmur. Vətəndaşın ölkənin rəsmi dilində danışması normaldır, əksi yox. Çox nadir ölkələrdə bir neçə rəsmi dili olur. Azərbaycan belə ölkələrə daxil deyildir. Rəsmi olaraq bir dövlət dilimiz var. Amma əslində əhalinin kiçik sayıla bilməyəcək qədər geniş kütləsi başqa dillərdə danışır.“Hansı dildə danışırsansa, o millətdənsən!” Tatlar tatça, talışlar talışça, ləzgilər ləzgicə, bəzilər isə rus (!?). Və bunlar da rus deyildir. Bəzi adını saydığımız millətlərin heç öz dilləri də yoxdur. Stop! Gəldik çatdıq. Elə məhz buna görə də dili milliyətdən ayırmaq məcburiyyətindəyik. Dil milliyəti müəyyənləşdirmir. Ayrı laydadır.
***
Üçüncü lay. Vətən
Eyni dildə danışmaq insanları yaxınlaşdırır. Amma… Vəsiqəmizdə doğulduğumuz yerin göstərilməsi təsadüf deyildir. Yerlibazlıq təkçə Azərbaycan xalqına xas xüsusiyyət deyildir. Yaxın və ya uzaq qürbətdə tanış yerlərin xatırlamaq, əziz adları çəkmək, şirin sözləri eşitmək adama nostalji hissləri oyadır, kövrəldir, burnunun ucunu göynədir… “Haralısan, qadanalım”, “Əə, Şəçilisəən? Nuxanın harasınnansan?”, “Man Naxçıvanlı dəiləm, Şərurluyam”… Dil məsələsinə yenidən qayıdaq… Üçü də eyni dildə danışsa da, fərqli zonanın adamlarıdır. Və hər birinin yerlisi özünə daha doğmadır. Doğulduğu və yaşadığı, Vətən saydığı rayonun sərhədləri ancaq ölkə xaricinə çıxdığı vaxt silinir. Nə şəhərin məhası qalır, nə rayonun, nə zonanın, nə ləhçənin…
***
Dördüncü lay. Ləhçə.
Eyni dildə danışan fərqli zonanın adamlarının ən asan identifikasiyası elə məhz ləhçəyə görədir. Adam ağzını açan kimi, onun haradan gəldiyi açıq şəkildə aydın olur. Ləhçələr nəyə lazımdır? Eyni dildə danışanları bir daha ayırmaq üçün?! Fərqlənmək nəyə lazımsa… Maraqlı fakt odur ki, ləhçə də nə adamın Vətənini nə milliyətini müəyyənləşdirmir. Bunu sübut etmək üçün, hər hansı bir adamı 4-5 günlüyünə Şəkiyə göndərmək kifayətdir, qayıdanda Şəki ləhçəsi ilə danışması labüddür. Ayrıca, insanın gəldiyi yeri təsbit etmək üçün bəzən ağzını açmağa belə ehtiyac olmur…
***
Beşinci lay. Zahiri görkəm.
“Mən 100 nəfərin içindən İranlıları saç düzümlərinə görə müəyyənləşdirə bilərəm”. Mən də türkiyəliləri… Dağıstanlıları… Saç düzümünə görə… Saqqalın formasına görə… Geyimin tərzinə görə… Hətta sürdüyü maşına görə… Dərisinin tündlüyünə görə… Türkiyəlinin geyim tərzi, dağıstanlının “çeçenka” saçı, gədəbəylinin üzünün rəngi, tatarın gözünü forması, çingənənin rəngarəngliyi, sünnət əhlinin saqqalı, emonun rəng qamması, motosikl sürənin aksessuarı… Bir dəqiqə… Ölkələrdən rayonlara, zonalardan millətlərə, dinlərdən etiqadlara, həyat tərzinin hobbilərə… Aləm qarışdı… Xeyir-xeyir. Zahiri görkəm ayrı müstəqil bir laydır. Birmənalı olaraq…
***
Altıncı lay. İnanc.
Kompüter aparat və proqram hissəsindən yarandığı kimi, insanoğlu da bədən və ruhdan ibarətdir. Bədənin etiyacı geyinmək və bəzənmək olduğu kimi, ruhun da qidaya ehtiyacı vardır. Həmin ehtiyacı inanclar sistemi təşkil edir. Biri deistdir, biri ateistdir, biri kommunistdir… Biri müsəlmandır, biri xristiyan, o, biri yəhudi… Biri Avestanı oxuyur, biri Daonu, başqası Kodziki… Biri Buddaya sitayiş edir, başqası Hitlerə, obiri Stalinə… Biri təmizliyə inanır, biri qaranlığa, bir başqası sonsuzluğa…
İnsanların inancları həyat tərzlərinə təsir göstərir. Zahiri görünüşlərinə, hətta danışıq tərzlərinə… Tərsinə deyil… Danışıq tərzi inancı müəyyənləşdirməz… Yaltaqlığı hələ ki heç kim ləğv olunmadığı müddətcə, lazımi insanlarla onların dilində danışmağı bacaran insanlar əksik olmayacaqdır. Bığa müəyyən forma verməklə, şalvarın uzunluğunu dəyişməklə, başına cürbə cür papaq qoymaqla müəyyən bir sinfə aid edilmək olar, amma bunun inanca aidiyyatı olmaya bilər. Hər oxuyan Molla Pənah olmaz. Hər Quran ayətlərini əzbərə deyən İslam alimi deyildir. Amma, eyni zamanda xarici dillərdən istifadə etmək müəyyən qədər savadın səviyyəsini göstərirsə də…
***
Yeddinci lay. Təhsil.
…Bəzən, “obrazovonski” görsənmək üçün başına papaq qoymamaq kifayət kimi görsənə bilər. Butik dükanların bir çoxuna rusça danışan satıcılar tələb olunur. Şirkətlər CV-də ən az 3 dilin yazılmasını istəyirlər. Rusca bilməyənlər “çüşka”, ingiliscə bilməyənlər “savadsız” olur. Nə vaxtdan öz ana dilində danışmaq, işə düzəlmək üçün yetərli olmamağa başladı. Xarici dildə danışmamaq faktor deyildir, xarici dili bilməmək faktordur. Hər bir məktəbimizdə məcburi olaraq tədris olunan dili bilmirsinizsə, məktəbdə keçilən digər fənlərdən olan bilikləriniz də şübhə altına düşür. Bu cəhətdən, xarici dili bilmək avtmatik olaraq təhsil səviyyəsinin göstəricisi rolunu oynayır. Bilmək və danışmaq arasındakı fərqi unutmamaq şərti ilə.
***
Səkkizinci lay. Siyasi görüş.
Təbii ehtiyaclar tətmin olunduqdan sonra insanlar ikinci dərcəli ehtiyaclara meyl göstərməyə başlayır. Siyasi görüş bunlardan biridir. Siyasi görüşün mədəni ölkələrdə həyat tərzinə təsiri olmasa da, inkişafını tamamlamamış ölkələrdə, o da zahiri görünüşə, danışıq tərzinə, hətta inanca belə təsir göstərir. Milliyətçilər bığ saxlayar… Liberallar danışıqda xarici sözlərdən istifadə etməli… Kommunistlər Allaha inanmaz… İnsanlara təsir etmə məqsədli siyasət. “Siyasət” və “politica”. Vikipediyada “interes” sözünü belə “ideologiya” kimi tərcümə etmiş bir ölkədə yaşayırıq. Vahid partiyanın hökm sürdüyü ölkədə əlbəttə söhbət siyasətdən getmirdi, ideologiyadan gedirdi, komunizmə “inanırdılar”, onu alternativ siyasi görüş laraq qəbul etmək heç kimin ağlına da gəlməzdi. Əsaslarını yazanlar isə “oxumuş” insanlardı, o zamanın təhsilində elmlərin başında fəlsəfə dayanırdı, təhsilə başlayan adam dinə “əlvida” demiş sayılırdı. Və ya alternativ olan, manastırlar, mədrəsələr nəzdində dini təhsil. Bəs onda müsəlman ölkələrdə açılan missioner məktəbləri necə? Müasir elmlə yanaşı xristyan dinini də propoqanda edənlər… Təhsil və din bir-birini inkar edirmi? Hər birinin siyasətə aidiyyatı varmı? Savadsız adamın siyasətlə məşğul olması uğurlu ola bilərmi? Bitməyən suallar…
***
Doqquzuncu lay. Seksi oriyentasiya.
Siyasətə başlayanda təbii ehtiyacları yada saldıq. Seksual istəklər fizioloji ehtiyaclardan birini təşkil etməklə şəxsiyyətin identifikatlaşdırmasında əhəmiyyətlidir. “Seks olmayan” ölkənin mirasçısı olaraq milli mentalitet keşiyində dayanan Azərbaycanda bu faktorun nəzərə alınmaması normaldır. Bizdə hamı normaldır, kişilər əsl kişi, qadınlarımız xanımdır. LGBT bizə yad anlayışdır, getsinlər gey-paradları Almaniyada keçirdib, Hollandiyada evlənsinlər. Elədir ki, var. Amma gey-paradlar, özünü qadına oxşadan oğlanlar, eynicinsli evliliklər işin ancaq görünən hissəsini təşkil edir. Yel dəyirmanları ilə mücadilə edirik. İnsanın cinsi istəyi, meyli, dərin daxilində yerləşir, zahiri görkəmə təsir göstərməyə bilər… Qəbul etməyib vuruşduğumuz da əsl hədəf olmaya bilər…
***
Onuncu lay. Hobbi və maraqlar.
Əsas olaraq cavanlar arasında yayğınlaşan, çox vaxt musiqi növünə bir şəkildə bağlı maraqlar peyda olmaqla, ənənəvi konservativ nəsil nümayəndələrinin başı tamam qarışır. “- O uzunsaçlı, dar şalvar geyinmiş oğlan 100% geydir! – Xeyir, o emodur.”Ölmədik, bu günləri də gördük. Panklar, rokerlər, metalistlər, reperlər… Ancaq musiqi dinləyərəkmi bu günə düşür!? Hər motosikl sürən başına nasist kaskasını taxmalıdırmı? Bunu etməklə milliyətçi olurlar, ya siyasətçi? Uzun saç və qulağındakı sırğa inançdır ya seksi oriyentasiya?
***
“Şrek: Divlər soğana bənzər.
Eşşek: Qoxarlar?!
Şrek: Yoox!!!
Eşşek: İnsanı ağladırlar?
Şrek: Xeyir. Çünki lay-laydırlar.”
Laylarının sayını əslində daha da çoxaltmaq olar. Mənası nədir? Hər bir şəxsiyyətə individuallıq qataraq, onun əslinə təsir etməyən laylardır. Əslini ötrər, başqa cür göstərir, ancaq dəyişməz, qarışmaz. Eyni zamanda bir layın başqasından asıllığı da yoxdur. Rusça danışan talış və ya ləzgi görsəniz, bu sizi təəcübləndirər? Bəs ingiliscə danışsalar? Bəs bu gün toyda araq içib, səhərisi gün yas məclisində Qur`an dinləyib Fatihə oxuyan? Bir XXX partiyasının üzvü müsəlman olub namaz qıla bilərmi, bilərsə şiə namazı qılmalı, ya sünni namazı? Amerikada təhsil almış adam pank olması və azərbaycanca danışmaması şərtdir? Bəs yaxşı, bir gay müsəlman ola bilərmi? “Əstafirulla! Quran onları lənətləyib!” Bax belə…
Bəzi şeylər bizə artıq adi hal kimi gəlir, bəzi həqiqətləri gözüyumulu qəbul etməyə hazırıq, tolerantlıq hissimizi sıxaraq bəzilərini qəbul edə edirik, amma bəzilər bizə hələ də çox tərsdir… Hərçənd söhbət elə həmin laylardan gedir… Məntiq eynidir… Stereotipləri yıxıb, məntiqi qavramaq lazımdır…
Böyük rus şairi, S.Yesenin Bakıda yaşadığı günlərin birində küçəyə lüt çıxmışdı. Bundan sonra bəzilər onun nudist olduğunu danışmağa başlayblar? Həqiqət isə ayrıdır. Mərcə nələr etməzsən ki, xüsusilə də sərxoş vəziyyətdə
Fransız alimi Jak İv Kustonun Qur`an ayətlərindən birini eşidəndən sonra İslamı qəbul etdiyi haqda çox danışırlar. Həqiqət isə odur ki, həm ailəsi, həm də həmkarları bunu rəsmi olaraq inkar edir, alimi isə katolik qayda-qanununa uyğun xristyan məbəbindən yola salıblar. İslam alimləri də, həqiqəti ancaq Allahın bildiyini söyləyərək, yalançı faktların yayılmasına qarşıdırlar.
Eyni məntiqlə, meyli həmcinslilərə olan insanın həmin istəyi onun bir imtahanıdır, bir insanın qarşı cinsə olan istəyi qədərdir. Homoseksuallıq lənətləndiyi kimi, bütün dinlərdə zina da haram qılınmışdır. Hər iki halda da cinsi istəklərinə də sahib çıxa bilən şəxs imtahanından keçmişdir. Bu cəhətdən, geyin müsəlman olmağında təəccüblü heç nə yoxdur. Nəticədə onun, yoxsa küçədə hər qızın dalınca “Uyy daa, ceyrana bax!” deyən “yaxşı oğlanın” daha çox savab qazandığını ancaq Allah bilər…
***
İnsanlar lay-laydır.
Vətəndaşlığından, dinindən, dilindən, doğulduğu yerdən, dərinin rəngindən, zahiri görünüşündən, təhsil səviyyəsindən, seksi oriyentasiyasından, siyasi görüşündən, hobbi və marağından, məsləyindən asılı olmayaraq hər bir şəxs İNSAN olmalı, ŞƏXSİYYƏTini qoruyub saxlamalı; cəmiyyət tərəfindən də hər bir şəxs İNSANLIQ meyyarları üzrə dəyərləndirilməli və ona görə hörməti olmalıdır.
***
“Gəl, gəl, yenə gəl.
Kim olursan ol, yenə gəl.
İstər kafir, istər atəşpərəst,
istərsə də bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz kərə pozmuş olsan belə, yenə gəl.”
Biri bu şeiri oxuduqdan sonra Həzrəti, şerin müəllifi olan böyük islam alimi olan Mövlanaya yazır:
– Sən necə müsəlmansan? Dinin də bir izzəti var. Elə hamıya deyirsən gəl. Müsəlmana da gəl deyirsən, xristiana da, yəhudiyə də, bütpərəstə də, “tövbəni yüz dəfə pozmuş olsan da gəl” deyirsən. Belə müsəlmanlıq olar?
Məktubu səbrlə oxuyan Mövlana ona üç kəliməlik cavab yazır:
– Sən də gəl!
***
Bəzən hər şey ilk baxışda göründüyü kimi olmaya bilər…
Müəllif: Vahid Qasımov
Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.
viagra online prescription [url=https://viagenupi.com/#]buying viagra online[/url] alternative
viagra buying viagra online viagra wholesale https://viagenupi.com/