Aktual

İnternet haqqında fərqli fikirlər

Özünü internet “qurban”larından sayan Altay işlərinin İnternetsiz getmədiyini deyir.

Altay:

–         Gün ərzində modern həyatda telefon vasitəsilə demək olar ki, yatmağı çıxandan sonra  24 saat twitter və facebookdayam. Yəni, mən bütün işlərimi hal-hazırda facebok üzərindən görürəm. Orqanizatoram ivent açıram, insanları dəvət edirəm. Maddiyat baxımından, həm mənəvi baxımdan həm dost qazanıram, həm maddiyat olaraq xeyirli olur.

İnternetin bir dərya olduğunu, elə buna görə də  yalnız ünsiyyət qurmaq üçün istifadə etməyin  mənasızlığını bildirən müsahiblərimiz-İlkin Əliyev və Validə Babayeva ondan necə yararlanmaları barədə danışdı.

İlkin Əliyev:

–         Ən əsas yəni isdifadə elədiyim sahələr təlimlərlə bağlı araşdırmalar edirəm. Ondan başqa hansı universitetdə hansı bölmədə, mərkəzdə təlimlər olursa əsasən jurnalistikayla bağlı, hüquqla bağli təlimlər o sahələrə gedirəm.

Validə Babayeva:

–       Bir  proqramlar  mənə  maraqlıdır  onu  öyrənmək  üçün  isdifadə  edirəm.  Məsələn,  fotoshopdu,  indizayndı  youtube  vasitəsilə  detaylı  bir  şəkildə  izləyə-izləyə  mənim  özümün  suallarım  varsa  youtube-dan  soruşa-soruşa  öyrənmişəm .

Lakin internetdən narazı olanlar da az deyil. İnternetin bir bəla olduğunu düşünən Səlim Əhmədov fikrini belə əsaslandırdı:

Səlim Əhmədov:

–       Bu gün baxdıqda, internet kluba əsasən girdikdə orada oturanların daha çox uşaqlar olduğunu görürük. Uşaqlar burada oyun oynamaqla yanaşı, belə deyək də əxlaqa zidd olan  saytlara girərək burada heç də yaxşı olmayan məlumatlar əldə edir ki, bu da onlara, əxlaqlarına pis təsir göstərir. Yəni gələcəydə gənclərin artıq adət ənənələrdən kənar böyümələrinə, onların həyata qeyri-ciddi yanaşmalarına səbəb olur.

Bəzi gənclər də var ki, real həyatdan qoparaq bütün vaxtlarını virtual aləmdə keçirdirlər.

Bəxtiyar Məcidli :

–         Internetdən daha çox dostlarımla-tanışlarımla ünsiyyət qurmaq üçün və vaxtımı yaxşı  keçirtmək üçün istifadə edirəm. Və buna görə də bütün gün internetdə oluram .

Psixoloq Xatirə Səfərova bəzi gənclərin İnternetdən yalnız ünsiyyət vasitəsi kimi istifadə etməsinin səbəblərindən danışdı.

Xatirə Səfərova:

–         Bilirsiz, valideyinlər öz övladlarına ünsiyyəti maksimum  dərəcədə verməyəndə onlar öz istəklərini, öz arzuladıqları öz fantaziyalarını virtuallıqda tapmaq istəyirlər  .

Psixoloq onu da bildirdi ki, səbəb yalnız bu deyil. Bundan başqa canlı ünsiyyət qurmağa çətinlik çəkənlər özlərini sosial şəbəkələrdə təsdiqləməyə çalışırlar.

Xanım Səfərova uzun müddət  kompyuter və İnternet qarşısında oturmanın psixologiyaya təsirindən də söz açdı.

Xatirə Səfərova:

–         Daxili yorğunluq yaranır, xroniki yorğunluq yaranır. Yəni,  həmin şəxslər ümumiyyətcə çox əsəbi olurlar, hədsiz dərəcədə əsəbi olurlar və bu əsəbilik onların sağlam həyat tərzinə çox mənfi təsir göstərir.

Bəzi mütəxəssislər kompyuterin şüa  mənbəyi olduğunu və bunun insanlara çox pis təsir etməsindən danışırlar. Ancaq göz həkimi, Cahid Şahbazov bununla razı deyil:

Cahid Şahbazov:

–         Yəni komputerdən istifadə etdiyim zaman gözüm şüalandı, məxsusi şüadan qoruyan eynək taxım bunların mənası yoxdur, çünki gözümüz bir çox şüanın  qarşısını alır. Və indi müasir komputerlər elə düzəldilib ki, bunlar da çox şüa buraxmırlar .

Problemin uzun müddət kompyuterə yaxından baxmaqla bağlı olduğunu deyən həkim Şahbazov, bu problemin aradan qaldırılması ilə bağlı məsləhətlərini də verdi:

Cahid Şahbazov:

–         Hər zaman məsləhətim budur ki, kompyuterdə islədiyimiz zaman, bir saat və yaxud 45 dəqiqədən çox islədiyimiz zaman pəncərədən oteyə baxaq. Yəni, beş metrdən uzağa baxaq. Bizim gözlərimiz bağlı olduğu zaman yox, onları ovxaladığımız zaman yox, dərman tökdüyümüz zaman yox uzağa baxdığımız zaman dincəlir .

“Sahil” İnternet texnologiyaları şirkətinin direktoru Vahid Qasımov İnternetindən maddi qazanc əldə etmənin yollarından danışdı.

Vahid Qasımov:

–         Kompyuterlə  əlaqədar  insan müəyyən  bir işləri görə bilirsə o firelans saytları vasitəsilə öz xidmətlərini təqdim edə bilər və dünyandakı hər hansı bir vətəndaş onun işlərini bəyənsə ona sifariş verə bilər. Beləliklə, internet vasitəsilə iş görülmüş olur və pul qazanılmış olur .

Problemi İnternetdə deyil, insanların ondan necə və hansı məqsədlər üçün istifadə etməsində axtarmaq bəlkə də ən yaxşı variantdır.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: levitra vs viagra

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.