Texnologiya, ZZ-Manşet

İnternetə çıxışı olmayan insanların sayı açıqlandı

internetBMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası dünyada genişzolaqlı rabitəyə çıxış üzrə hesabat təqdim edib.

Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 721 milyon insan internetdən istifadə edir.

“Genişzolaqlı rabitənin vəziyyəti” adlı yeni hesabatda qeyd edilir ki, daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığı halda  dünyada əhalinin yoxsul təbəqəsinin internetə çıxışı üçün imkanlar hələ ki yüksək templə artmır. Bu da xüsusilə təhsil və səhiyyə sahələrində müşahidə olunan fərqin aradan qaldırılmasına problem yaradır.

GSR.fm ICTnews-a istinadən yazır ki, qiymətləndirmələrə görə, dünyada 3.9 milyard nəfər internetdən istifadə etmir. Ancaq komissiyanın yeni hesabatına əsasən, planetin internetə çıxışı olmayan əhalisinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyada yaşayır. Bu nəticələr onu göstərir ki, yalnız bir neçə əsas bazarda məqsədyönlü səylər internetə qoşulmuş və internetə qoşulmamış ölkələr arasında “rəqəmli fərqi” aradan qaldırmaqda böyük kömək etmiş olardı.

18 sentyabr tarixində Nyu-Yorkda keçirilən Genişzolaqlı Rabitə üzrə Komissiyanın 14-cü görüşü ərəfəsində buraxılmış hesabatda mobil genişzolaqlı rabitənin imkanları haqda optimist fikirlər yer alıb. Hazırda 165 ölkədə “4G” yüksək sürətli mobil şəbəkəsi istifadəyə verilib. ABŞ, Avropa, Yaponiya və Koreyada smartfonların populyarlığı doyma həddinə çatdığından Hindistan və İndoneziya kimi ölkələrin gələcək artımı təmin edəcəyi gözlənilir. Hindistan bu yaxınlarda ABŞ-ı ötərək dünyada ikinci ən böyük smartfon satış bazarına çevrilib.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.