Siyasət, ZZ-Manşet

İordaniya kralı Azərbaycan prezidentinə məktub göndərib

iordaniyaAzərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib.
GSR.fm APA-ya istinadən xəbər verir ki, Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən A. Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olunub, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.

A. Al-Macali İordaniya kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.