Texnologiya, ZZ-Manşet

“iPhone 7” qurğusunun ekranı ən yaxşı adlandırılıb

iphone7“DisplayMate” mütəxəssislərinin hesabatına əsasən, “iPhone 7” smartfonunun ekranı bütün mövcud ekranlar arasında ən yaxşı adına layiq görülüb və yalnız smartfonları deyil, həmçinin “4K” təsvir ölçüsünə malik planşet və televizorları üstələyir.

GSR.fm ICTnews-a istinadən yazır ki, “iPhone 7” smartfonunun 4.7 düym diaqonallı və 1334×750 nöqtə təsvir ölçülü ekrana malik olmasına baxmayaraq, onda rəng verilişi və ziddiyyət göstəriciləri digər qurğulardan daha yaxşıdır.

“DisplayMate”in fikrincə, “iPhone 7” qurğusunun çıxarılmasına kimi 9.7 düym diaqonala malik “iPad Pro” planşeti ən yaxşı ekranla təchiz edilib. Həmçinin “Samsung Galaxy Note7” smartfonlar arasında ən yaxşı ekrana malik qurğu seçilib.

Xatırladaq ki, “Apple” şirkəti sentyabrın əvvəlində San-Fransiskoda keçirilmiş illik tədbirdə “iPhone 7” cihazını təqdim edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.