Texnologiya, ZZ-Manşet

İran kosmosa üç yeni peyk buraxacaq

peykÜç yeni peyk orbitə buraxılmaq üçün hazırdır. Bu barədə İran Kosmik Agentliyinin rəhbər müavini Həmid Fazeli yerli informasiya agentliklərinə müsahibədə deyib. “İran istehsalı olan “Şərif, “Fəcr” və “Tədbir” peykləri buraxılışa hazırdır”, – H.Fazeli bildirib.

“Şərif” peyki Şərif adına Texnoloji Universitet tərəfindən hazırlanıb. “Tədbir” peyki İran Kosmik Agentliyi yanında Kosmik Tədqiqatlar Mərkəzinin və İran Elmi Texnoloji Universitetinin birlikdə hazırladığı peykdir. “Fəcr” peyki “SaIran” elektron və kommunikasiya şirkəti tərəfindən layihələndirilərək ərsəyə gətirilib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, H.Fazeli qeyd edib ki, hazırda “Şərif” və “Tədbir” peyklərinin son sınaqları keçirilir, habelə yerüstü stansiya və aviabazalar buraxılış üçün hazırlanır.

Üç peykdən birinin orbitə çıxarılması cari ilin oktyabrın 4-10-na planlaşdırılıb.

İran Kosmik Agentliyinin nümayəndəsi əlavə edib ki, hazırda İran alimləri 2015-ci ilin martında buraxılış üçün hazır olacaq yeni “Nahid” peykinin yaradılması üzərində çalışırlar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.