Texnologiya, Xəbərdar, ZZ-Manşet

İran pilotsuz uçuş aparatlarını təqdim edib

iran-bayraq-570x360İran yeni nəsil qısamənzilli raket və pilotsuz uçuş aparatlarını təqdim edib.

GSR.fm-in Anspress-ə istinadən verdiyi məlumata görə, “Qədir” raketi 100 kilometrədək məsafədə suda olan hədəfləri vura bilər. Təqdim olunan digər “yer-dəniz” tipli raketin xüsusiyyətləri barədə məlumat verilməsə də, onun “çox səssiz” şəraitdə işlədiyi bildirilib.

Bundan əlavə, rəsmi Tehran “Kərrar-4” və “Mücahid-4” markalı pilotsuz uçuş aparatlarını da təqdim edib. Bu aparatlar bir sıra xüsusiyyətlərdən əlavə, həmçinin hərbi və mülki məqsədli xəritələr yaratmaq qabiliyyətinə malikdir.

İran 1992-ci ildən bəri yerli müdafiə sənayesinin inkişafı proqramının icrasına başlayıb. Hazırda İran ordusu 2000 kilometrədək məsafədə hədəfi vura biləcək “yer-yer” tipli raketlərə malikdir. Bu raketlər regiondakı ABŞ və İsrail bazalarını hədəf ala bilər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.