Texnologiya, ZZ-Manşet

İranda milli internet sistemi hazırlanır

Iran_Internetİranda milli internet sistemi hazırlanır. Bu haqda İranın Rusiyadakı səfiri Mehdi Sanani məlumat verib.

GSR.fm-in “ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi xəbərə görə, “Biz interneti inkişaf etdirməyə hazırlaşırıq” – o deyib və qeyd edib ki, ölkə virtual məkana böyük əhəmiyyət verir.

“Düşünürəm, İran və Rusiya kimi ölkələr internetin faydasını düzgün qiymətləndirirlər. Amma İran və Rusiyanın öz dəyərləri, öz mədəniyyəti, öz xüsusi prinsipləri var” – deyə səfir vurğulayıb. Onun fikrincə,  gənc iranlılar Qərb virtual məkanının ədəbsiz təsirinə və mədəni xaosun təbliğatına məruz qalıb.

Sanani əmindir ki, milli internetin inkişafı virtual məkanın inkişafı üçün ən optimal yollardan biridir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.