ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada son 30 gün ərzində endirdiyi aviazərbələr nəticəsində İŞİD terror qruplaşmasının 18 lideri məhv edilib.
GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun İraq və Suriyadakı komandanlığının nümayəndəsi bildirib.
Məlumata görə, zərbələrin hədəfləri arasında dəstə komandirləri, əcnəbi muzdlular və əlaqələndiricilər olub.