Siyasət, ZZ-Manşet

İsrailin baş naziri: “Peşmanıq”

israel-flag5774“Həmas-ın raket hücumlarını dayandırmaq üçün lazım olan hər şey ediləcək”.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu öz çıxışında insan itkiləri üçün “Peşmanlıq duyuruq” sözlərini deyib.  Baş nazir Netanyahu İsrailin Qəzzada bir məhəlləyə etdiyi hücumda ən azı 62 fələstinlinin ölməsindən sonra CNN televiziyasına verdiyi açıqlamada “Biz hərbi hədəfləri vurmağa çalışırıq, ancaq vətəndaş itkiləri da var. Biz bunu istəmirik və peşmanlıq duyuruq” sözlərini əlavə edib.

Netanhayu ayrıca Həmas-ı qəsdən İsrailli vətəndaşları hədəfə almaqda və Qəzza sakinlərini “canlı qalxan” kimi istifadə etməkdə günahlandırıb.

“Həmas-ın silah tunellərini yox etmək üçün İsrailin hücumları nə zaman başa çatdırılacaq?” sualına isə Netanyahu hər şeyin “çox sürətli” edildiyini qeyd edib və bəlli bir tarixin adını çəkməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.