Müsahibə, Texnologiya, ZZ-Manşet

“İstifadəçilər şübhəli görünən profillərə daxil olmamalıdırlar”

orxan rzaFeysbukda şirkətlərin səhifələrini ələ keçirmək məqsədi ilə virus yayılıb.

 Bu barədə GSR.fm-ə sosial media mütəxəsisi Orxan Rzayev müsahibə verib. O bildirib ki, istifadəçilər bilinməyən, şübhəli gördükləri profillərə e-mail və şifrəsini yazıb daxil olmamalıdırlar:

“Ümumi bir qayda var ki, viruslar bu cür yayılır: Pəncərə açılır, orda hansısa mahnıya və ya sayta daxil olmaq istəyərkən, “yenidən Feysbuka daxil ol” pəncərəsi açılır və Gmail adresini ,şifrəni yazıb daxil olursan. Əslində isə, sən hazırda feysbukdasan, o pəncərə səni aldarır. Sən elə bilirsən ki, səhifədən çıxmısan,  gmailini və şifrəni yazıb daxil olursan və bu anda sizin məlumatlar  proqramın yaddaşına yazılır”.

Eyni zamanda, Orxan Rzayev sosial media istifadəçilərinə məsləhət görüb ki, belə pəncərə açıldıqda insanlar öz feysbuk səhifələrini yeniləsin və feysbukdan çıxıb -çıxmadığına əmin olsunlar. Həmçinin, linkə diqqət etməlidirlər:

“Adətən, bəlli olur ki bu, feysbuk  linki deyil və hansısa başqa bir linkdir. Ümumi problemlərdən biri də odur ki, insanlar başqa kompüterdən istifadə etdikdən sonra şəbəkədən çıxış etmirlər və onların profilinə daxil olub, şifrəni rahatlıqla dəyişmək olur. Məsləhət budur ki, başqa kompüterdən səhifənizə girərkən şifrənizi yadda saxlamayın və feysbukan çıxdığınıza əmin olun. Əlavə olaraq, kompüter və ya telefon şifrələnir ki, bu da doğru addımdır. Bunlar ümumi təhlükəsizlik qaydalarıdır. Bundan başqa səhifəyə admin qoyarkən ehtiyatlı olmaq lazımdır və yaxşı olar ki, səhifənin idarətməsində yeganə admin olsun, digər şəxsləri isə editor və ya advertiser kimi idarəetməyə yerləşdirmək daha məqsədəuyğundur. Çünki bu halda onlar səhifəyə məlumat yerləşdirə, reklam edə bilər lakin admin təyin edib, adminlikdən çıxara bilməzlər”.

Orxan Rzayev əlavə edib ki, səhifə oğurlanıbsa, şirkət ilkin olaraq, öz rəsmi saytında, digər sosial media profillərində bu barədə məlumat yaymalıdır:

“Əgər profil artıq oğurlanıbsa, bu halda siz “profilinizi bərpa etmək” işarəsinə klikliyirsiniz və sizin ehtiyyatda olan e-mailiniz və ya qeydiyatdan keçdiyiniz emailinizə yeni şifrə gəlir. Səhifələrdə isə vəziyyət biraz fərqlidir. Səhifənin adminin profilini ələ keçirdikdə səhifəyə daxil olub, sizi adminlikdən cıxardıblarsa bunu bərpa etmək çətindir. feysbuka rəsmi olaraq yazmaq olar, lakin bu hər zaman faydalı olmur”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.