boş bölmə, Sosial

İstirahət gününə olan hava məlumatı

havaİyunun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

İyunun 8-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.