Texnologiya, ZZ-Manşet

“iWatch”un təqdimat tarixi açıqlanıb

iWatchSentyabr ayı texnologiya sevənlər  üçün həyəcanlı bir dövr olacağına bənzəyir. 9 Sentyabrda yeni nəsil ağıllı telefon modeli “iPhone 6”nı tanıtması gözlənilən “Apple”in, ağıllı saat modelini təxmin edildiyindən daha erkən təqdim edəcəyi iddia edilir.

GSR.fm Marja-ya isinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”, 9 Sentyabrda “İphone 6” ilə birgə uzun bir müddətdir maraqla gözlənilən ağıllı saat modelini də təqdim edə bilər. Şirkətə yaxın qaynaqlardan verilən xəbərlərə görə, “iWatch” adlı ağıllı saat, “Apple”in CEO-su Tim Cook və qrupu tərəfindən 9 Sentyabrda tanıdılacaq.

“LG” və “Samsung” kimi texnologiya nəhəngləri də ağıllı saat bazarına sürətli bir daxil olur. “Apple”in “iWatch” ilə bu bazarda da söz sahibi olmağı hədəflədiyi düşünülür. “iPhone 6” ilə eyni gün təqdim edilməsi gözlənilən ağıllı saatın hansı funksiyalara malik olacağınba dair çoxlu sayda iddia var. Apple, mövzu ilə əlaqədar hələ rəsmi bir açıqlama verməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.