İyunun 4-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 4-də şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
İyunun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi bildirilir. Arabir yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
İyunun 3-də axşam və 4-də gecə və səhər şimal küləyinin güclənəcəyi gözlənilir.