Sosial, ZZ-Manşet

Jak Şirak xəstəxanaya yerləşdirilib  

jak şirakFransanın sabiq prezidenti Jak Şirak ağciyər infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

GSR.fm APA-ya istinadən verdiyi məlumata görə, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.

J. Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.