Sosial, ZZ-Manşet

Kəmaləddin Heydərov Türkiyənin Hərbi akademiyalar komandanı ilə görüşüb

18 may 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recepin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

GSR.fm Fövqəladə Hallah Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazir Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib. Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti haqqında söhbət açmış, bu ali təhsil ocağı ilə Türkiyə Respublikasının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recep qardaş ölkənin müvafiq qurumlarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

kemaleddin2

kemaleddin

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.