Müsahibə, Siyasət, ZZ-Manşet

“Lavrovun səfərinin Azərbaycana təsiri olmayacaq”

razi nurullayev“Sergey Lavrovun  İrəvana səfəri Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Bunun səbəbi isə bu danışıqlarda Dağlıq Qarabağla bağlı məsələnin də gündəmdə olmasıdır”.

Bu fikirləri siyasi ekspert  Razi Nurullayev GSR.fm-ə müsahibə verərkən söyləyib. O, həmçinin, Azərbaycan ictimaiyyətində Lavrovun Ermənistana Azərbaycanın işğal altında olan 5 və ya 7 rayonunun qaytarılması ilə bağlı danışıqlar aparmağa getdiyini fikirləşənlərin olduğunu da bildirib:

“Burada müəyyən dərəcədə bir həqiqət var. Lakin, mən ictimaiyyətin bu məsələlərə heç də optimist yanaşmasını və ümidlənməsini istəməzdim. Rusiya Ermənistana Azərbaycanın gözlədiyi qədər təzyiq göstərməyəcək. Bu da o deməkdir ki, Rusiya Ermənistandan bir neçə rayondan çıxmağı xahiş etsə də, Ermənistan buna boyun əyməyəcək. Səbəb isə bu məsələdə hər iki dövlətin maraqlarının uzlaşmasıdır. Rusiya Ermənistana ciddi təsir göstərmir və ya 7 rayonun qaytarılmasında müəyyən təzyiqlər edir, amma Ermənistan da bunun müqabilində Rusiyadan tam zəmanət istəyir. Bu zəmanət isə Rusiya qoşunlarının təmas xəttində yerləşdirilməsi anlamına gəlir. Bu da faktiki olaraq, Rusiya qoşunlarının Azərbaycana daxil olmasıdır. Bu münaqişənin  Rusiya vasitəsilə həllini çıxılmaz vəziyyətə salır”.

Müsahibə zamanı Razi bəy onu da qeyd edib ki, bu səfərin Azərbaycana elə də ciddi təsiri olmayacaq:

“Lavrov və digər rusiyalı nazirlər də dəfələrlə Ermənistana səfər edib. Bu rutin səfər kimi nəzərdən keçirilməlidir. Ümumilikdə, Lavrovun görüşünün regiona o zaman təsiri ola bilər ki, Sergey Lavrov görüşlərinin sonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı optimist təklif versin. Belə bir şey olmasa, deməli bu səfərin regiona və  Azərbaycana heç bir təsiri olmayacaq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.