Təhsil

Lerikin məktəb və müəllim dərdi

Buradakı təhsilin səviyyəsi sakinləri qane etmir.

Sizə təmirli, hər cür şəraiti olan şəhər məktəblərindən deyil, Bakıdan 323 km aralıda yerləşən Lerik rayon kənd məktəblərindən söhbət açmaq istəyirəm. Nə təmiz dağ havası, nə də meşələr bu kəndlərdə yaşayan uşaqların savadlı olmasına kömək etmir. Çoxlarımız əlimizə düşən fürsəti qiymətləndirmədiyimiz halda, bu uşaqlar hər addımda oxumaq fürsəti axtarırlar. Həmsöhbət olduğumuz Lerikin Təngivan kəndinin balaca sakini Amid ikinci sinifdə oxuyur:

–          Kəndinizdə məktəb var?

–          Yox.

–          Yaxşı,  bəs sən harda təhsil alırsan?

–          Şovulu məktəb.

–          Şovulu kəndindəki məktəbdə?

–          Bəli.

–          Məktəbə piyada gedirsən?

–          Avtobusla, ya ayaqla.

Yay, qış demədən təhsil almaq üçün 3-4 km uzaqda yerləşən Şovulu kəndinə gedən Amidin ən böyük arzusu futbolçu olmaq və kəndlərində məktəbin tikilməsidir.

Lerik rayonunda sakinlər yalnız məktəblərin təmirsiz olmasından deyil, həm də müəllimlərin savadsızlığından, işlərinə biganə yanaşmalarından gileylənirlər. 27 yaşlı  Nuranə özünün savadsız olmasını müəllimlərinin dərslərə dırnaqarası baxması ilə izah edir:

Nuranə:

–     Məktəbdə şərait yoxdur. Mən 6-ci sinifdə oxuyanda məktəb yandı.  3-4 otaq qaldı. 10-15 müəllim var, onlar da dərs demirlər. Indi hal-hazırda məktəbdə 2 dənə bacım oxuyur.  Hər bir valideyninin arzusudur ki, uşağı yaxşı oxusun,  amma biz tərəfdə dərs demirlər. Valideyn neynəsin?

Bir zamanlar təhsil almaq üçün Təngivan kəndindən Piran kəndinə yollanan Xanağa dayı da Lerik rayonundakı müəllimlərdən, sağirdlərdən və məktəblərdəki vəziyyətdən danışdı.

Xanağa dayı:

–     İndi müəllimlərdə zəiflik var. Şagirdlərdə də var,  universitet tələbələrində də savadsızlıq baş alıb gedir. Mən sizə öz nəvəmdən misal gətirim. Mənim bir nəvəm var, səkkizdə oxuyur. Hər gün məktəbə gedir, amma öz adını yaza bilmir. Mən bilmirəm bu müəllimlər nə ilə məşğuldur? 11 ci sinidə oxuyan bir uşaq çağırım ona sual verin ki, 2+2 neçə edir? Vallah bilməyəcək”

Lerikdə olduğum müddətdə Kəlvəc, Amudərə, Sanoyçola sakinləri ilə də söhbətləşdim. Müsahiblərimin hamısın dərdi eyni idi. Onlar məktəblərdəki şəraitsizlikdən və müəllimlərin dərs keçməməsindən gileylənirdilər.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.