Texnologiya, ZZ-Manşet

“LG” melomanlar üçün smartfon təqdim edib

meloman_300“LG” şirkəti musiqi həvəskarları üçün nəzərdə tutulmuş yeni “Band Play” smartfonunu rəsmən elan edib.

GSR.fm ICTnews-a istinadən bildirir ki, təqdim edilmiş model 1 Vatt gücündə dinamik və “QuadBeat 3” qulaqlığı ilə təchiz edilib. Bu qulaqlıqlar səsli balans və aşağı və yüksək tezliklərin daha (daha çox) dəqiq ötürülməsini yaxşılaşdırılmış təbii səslənməni təmin edən diafraqmanı aldılar.

“LG Band Play” smartfonu 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. 5 düymlük ekranın təsvir ölçüsü 1280×720 piksel təşkil edir.

Bundan başqa, yeni smartfon lazer avtofokusa malik əsas 13 meqapiksellik kamera və 5 meqapiksellik sensorla təchiz edilmiş ön kamera, “Bluetooth 4.1”, “Wi-Fi 802.11a/b/g/n” və “NFC” simsiz kommunikasiya vasitələri ilə təchiz edilib.

Qurğunun fiziki ölçüləri 139,7×71,9×8,3 mm, çəkisi 126 qramdır. Qurğunun akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Cihaza “Android 5.1 lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
“LG Band Play” smartfonunun dəyəri təxminən 360 dollardır. Model yaxın günlərdə satışa çıxarılacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.