İqtisadiyyat, ZZ-Manşet

Manat əksər xarici valyutalara nisbətən bahalaşıb

manatAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,8187 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə müqayisədə 0,39% zəifləyərək 0,0257 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5398 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,6935 manat təşkil edib.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: cheap albuterol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.