Sosial, ZZ-Manşet

Mark Herevardın səlahiyyət müddəti başa çatır

unicef1Ombudsman UNİCEF-in Bakı ofisininin rəhbərini qəbul edib.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevardı ölkədəki fəaliyyət müddətinin başa çatması münasibəti və onun xahişi ilə qəbul edib.

Bu görüşdə Mark Herevard müvəkkilə fəaliyyəti dövründə, habelə birgə əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi, təmini və təbliği sahəsində fəaliyyətin səmərəliliyini vurğulayıb, Ombudsman və əməkdaşları tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə həyata keçirdiyi monitorinqləri, müvafiq qurumlara bu araşdırmaların nəticələri üzrə göndərilmiş təkliflər, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikanın regionlarında müsbət təcrübə kimi həyata keçirilən Uşaq hüquqlarının Pilləli tədrisi sahəsində işləri yüksək dəyərləndirib.

Elmira Süleymanova da qonağa dərin təşəkkürünü bildirib, UNİCEF-lə, həmçinin UNİCEF-in Bakı ofisi ilə sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, Mark Herevarda gələcək fəaliyyətində uğurlar arzu edib.

UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevard səmimi qəbul üçün Ombudsmana minnətdarlığının bildirib, gələcəkdə də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu deyib.

Tədbirin sonunda Ombudsman qonağa xatirə medalı, suvernirlər və təsisatda hazırlanmış İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin bir nüsxəsini təqdim edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.