GSR fm, Təmas Xətti, ZZ-Manşet

Mənsum İbrahimov: “Məcnun kimi heç vaxt səhraya düşmərəm”

Azərbaycan səhnəsinin “Məcnunu”, Azərbaycanın xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov bu dəfə “Təmas Xətti”nin qonağı oldu.

Onunla  Milli Konservatoriyanın qarşısında görüşüb dərs dediyi otağa yollanırıq. Kolidorun hər tərəfindən tələbələrin ifası, musiqi sədaları yüksəlirdi. Elə müsahibəmizi də necə deyərlər, musiqi sədaları müşayət edirdi. Müsahibəmizə Mənsum bəyin uşaqlıq xatirələri ilə başlayırıq.

1960-ci ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmusuz. Bilirəm bu haqda danışmaq sizi bir az incidə bilər. Amma istərdim orada keçən xoş uşaqlıq xatirələrindən danışaq.

– Bizim kəndimiz çox maraqlı ərazidə yerləşir. Bir tərəfindən Xatınçayı axır, bir tərəfində xan qızı Natavanın saldırdığı  Soltanput meşəsi yerləşir. Kəndimizdə 70 metr hündürlüyündə  məhşur Soltanput təpəsi var. Ora hazırda bayraq meydanıdır. Qarabağda ən hündür bayraq orada dalğalanır. Mənim uşaqlığım belə maraqlı mühitdə keçib. Orada da hər iki nəfərdən birinin səsi var idi. Hər kəs oxuyurdu. Qarabağda insanları səslə təəccübləndirmək çətin məsələ idi. Uşaq vaxtından tədbirlərdə oxumuşam. Ən yadda qalan xatirələrim bayramlarla bağlıdır. Novruz bayramına  1 ay hazırlaşardıq. Əslində Qarabağda darıxmaq mümkün deyildi. Gözümü açandan hər yerdə böyük sənətkarların səsini eşitmişəm.

foto8

Sizdə  muğam işığını ilk kim gördü?

– Elə uşaqlıqdan səs-səsə verib uşaqlarla oxuyurduq. Sonra müəllimlərim səsimi fərqləndirməyə başladılar. Təbii olaraq, bir də baxmışam ki, sənətdəyəm.

Sizə görə kimlərin köməyi olmasaydı siz bu gün bu qədər peşəkar olmazdınız?

– Təbii ki, müəllimlərim. Sənət müəllimin Vahid Abdullayev və Şövkət Ələkbərova

“Özümü xoşbəxt sənətkar hiss edirəm”

Uşaqlığınızda elə muğam ifaçısı var idimi ki, düşünürdünüz ki, o zirvələrə ucalmaq xəyaldır, amma bu gün siz o zirvəyə ucalmısınız?

– Ümumiyyətlə, böyük sənətkarlarımızın hamısını çox həvəslə dinləyirdim. Onların səsinə valeh olmuşam. Hamımızın hörmətlə yanaşdığı böyük sənətkar Arif Babayevi efirdə görürdüm, sənətini sevirdim. Arzulayırdım ki, mən də onun kimi Məcnun rolunu oynayım. Vaxt gəldi, qismət oldu, Arif müəllimlə bir səhnəni bölüşdüm, eyni kollektivdə çalışdım. Elə bu günün özündə də Arif müəllimlə bir kafedrada çalışıram, o, kafdera müdürümüzdür, mən bu kafedranın professoruyam. Bütün bunlara görə özümü xoşbəxt sənətkar hiss edirəm.

“Həkimliyi seçsəydim, yaxşı cərrah olardım

Gəncliyinizdə muğamla yanaşı özünüzü  hər hansı başqa sahələrdə sınamısınızmı?

– O qədər bu sənətə bağlı olmuşam, bu sənətin vurğunu olmuşam ki, amma xanəndəliklə yanaşı həkim olmaq arzum da olub. Bunu çox sonralar bilmişəm. Bu günün özündə də ağ xalatlı görəndə onlara müqəddəs məxluq kimi baxıram. Hesab edirəm ki, bizim sənətin həkimliklə əlaqəsi var. Biz insanların ruhunu, həkimlər isə fizioloji cəhətlərini müalicə edirlər. O vaxtlar çoxlu tibbi kitablar alırdım. İndi də daha çox tibbi verilişlərə baxıram. Bilmirəm nədəndir, o sənətə qarşı içimdə böyük məhəbbət var, amma görünür ki, xanəndəliyi daha çox arzulamışam. Yəqin ki, həkimliyi seçsəydim, yaxşı cərrah olardım.

foto7

Bu sənət elə bir sənətdir ki, səs insanın ən qiymətli sərvəti hesab olunur. Heç bu sahəyə gələrkən nə vaxtsa, səsinizi itirmək qorxunuz olub mu?

– Yox, belə bir qorxum olmayıb, amma hər şey ola bilər. Necəki indi müəllim işləyirəm, əgər səsimdə bir problem yaranarsa da, müəllim kimi fəaliyyətimi davam etdirərəm.

“Sənətini sevirsənsə, o çətinliyə də dözəcəksən”

Sizə görə muğam ifaçısının əsas özəllikləri hansılardır?

– İlk növbədə ona Allahın verdiyi səsi, bundan sonra ağlı, zəhməti, güclü iradəsi, səbri olmalıdır. Çünki muğam musiqinin ən çətin janrıdır. Muğam ifaçısı xalq tərəfindən çətin qəbul olunur. Tələbələrimə həmişə deyirəm ki, zəhmətdən tez bezməyin, bu sənətin çətinlikləri çoxdur. Sənətini sevirsənsə, o çətinliyə də dözəcəksən.

Tələbələrinizdən danışmışkən öz tələbəliyiniz necə keçib?

– Tələbə dostlarımla çoxlu konsertlərə, tədbirlərə gedirdik, çox mehriban idik. Öz tələbələrimə deyirəm ki, çalışın mehriban olun. Bu gün də öz tələbə yoldaşlarımızla görüşürük, dərdləşirik, bir- birimizin tədbirlərində iştirak edirik. Tələbəlik illəri heç vaxt unudulmur.

 Müsahibələrinizin birində bildirmisiniz ki, bizim dövrümüzdə indiki kimi asan deyildi. İndiki dövrün asanlığını nədə görürsünüz?

– İndi İnternet dövrüdür, istədiyin ifanı, istədiyin xananəndədən sürətli şəkildə dinləyə bilirsən. Bizim dövrdə belə şey yox idi. Müəllim dərsdə nə keçirdisə, yadımızda nə qalırdısa, onunla hazırlaşırdıq, əyani vəsait çox az idi. Bununla yanaşı dövlətimizin də sənətə qayğısının rolu mühümdir. Biz indi müstəqil Azərbaycanın vətəndaşlarıyıq, amma o vaxt SSRİ-nin tərkibində oxuyurduq. 1982-1987-ci ildə  Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində oxumuşam, 1988-1993-cü ildə Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Bunu deməkdə məqsədim odur ki, bizim dövrümüz daha çətin idi. Sənətə bu qədər diqqət və qayğı, şərait və müsabiqələr  yox idi. Amma bu gün şükürlər olsun Allaha ki,  Heydər Əliyev Fondu sənətə qayğı ilə yanaşır, artıq 2005-ci ildən başlayaraq beş muğam müsabiqəsi keçirilib. Onların hər birindən hər dəfə 20 nəfər seçmişik. Təsəvvür edin, beş müsabiqənin nəticəsində 100 muğam ifaçısı seçmişik.

foto9

“Yaradıcı gənclər xüsusi yanaşma tələb edir”

Müəllimlərinizin sizə güzəştə getmədiyi hansı məqamları indi siz öz tələbələrinizə güzəştə gedirsiz?

– Ümumiyyətlə, xasiyyətcə mülayim insanam. Müsabiqə zamanı da belə idim, humanistəm. Düşünürəm ki, yaradıcı gənclər xüsusi yanaşma tələb edir. Onları sıxmaq olmaz. Sənətin gözəlliyini onlara aşılamaq lazımdır. Müəllim eyni zamanda psixoloq olmalıdır. Tələbələrimlə dost kimiyəm, onlara sənət yoldaşım kimi yanaşıram, tədbirlərə, konsertlərə aparıram.

Tələbələriniz arasında yeni bir Mənsum İbrahimov işığı görə bilirsinizmi?

– Əlbəttə ki, çoxdur. Onlar artıq bu gün sənət dostlarımdır. Elə bircə Təyyar Bayramovun adını çəksəm, kifayətdir. O, əməkdar artistdir. Artıq öz tələbələri var, opera solistidir, “Şah İsmayıl”ı oxuyur, Milli Konservatoriyanın müəllimidir. Bundan başqa Arzu Əliyeva, Aytən Məhərrəmli kimi onlarla belə uğur qazanan gənclər var.

“ İlk dəfə mən türk “Leyli” ilə tərəf müqabili oldum”

Çoxları muğam ifaçısı, xanəndə olsa da özlərini Opera Teatrında görə bilmirlər. Bir az operaya ilk addımlarınızdan danışmağınızı istərdim.

– 1985-ci ildə Üzeyir Hacibəylinin anadan olması ilə bağlı keçirilən müsabiqədə birinci yer tutmuşam. Onda da Şövkət Ələkbərova münsif kimi iştirak edirdi. Şövkət xanımın peşəkarlağımda rolu əvəzsizdir. İlk dəfə Şövkət xanımı canlı olaraq orada görmüşəm. Çox sevdiyim korifeylərdən idi.  Sonra məni sinifinə dəvət etdi. Elə həmin il onun məsləhəti ilə Opera və Balet teatrına dəvət olunmuşam. Tələbə ola-ola həm də orada çalışmışam. Artıq o teatrda çalışmağımdan 30 il ötür. 1993-cü ildən Məcnun kimi səhnəyə çıxdım. Daha çox muğam operaları oxuyuram. İlk “Leyli”m isə Gülyaz Məmmədova olub. Ümumilikdə götürsək, indiyə qədər 10 tərəf müqabilim olub. Onlardan biri türk olub. Bu il Ankarada “Leyli və Məcnun”u yeni quruluşda tamaşaya qoyduq. İlk dəfə idi ki,  mən türk “Leyli” ilə tərəf müqabili oldum.

 Türk “Leyli”si sizdə hansı təəssüratları yaratdı?

– Açığı sizə deyim ki, çox gözəl öhdəsindən gəldi. İnsanlar da təəccüblənirdi ki, görəsən bu necə olacaq? Türkiyəyə tamaşadan iki ay öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ezam olundum. 16 dövlət sənətçisi ilə işlədim, rolları onlara öyrətdim, lentə yazdırıb Azərbaycana qayıtdım. Sonra may ayında əməkdar artistlərimiz Elçin Həşimov, Elnur Əhmədov, tələbəm Arzu Əliyeva ilə birlikdə oraya getdik. Onun quruluşçu rejissoru Əflatun Nemətzadə idi. Əslən azərbaycanlı olsa da, Ankarada yaşayır. Dirijoru isə Fəxrəddin Kərimov idi. Məndən başqa bütün rolların hamısında türklər idi. Bizə yeni geyimlər tikildi, orada üç tamaşa göstərdik.

foto1

Bir dəfə sizə sual vermişdilər ki, “Operada türk tərəf müqabilinizlə bir səhnəni bölüşərdinizmi”? Sizsə demişdiniz ki, bu mənim üçün çox çətin tamaşa olar.

– Təbii ki, çətin idi, amma çox maraqlı tamaşa oldu.

“Səhnəyə çıxanda yeriyə bilmirdim”

Opera ifaçılığı  həm oxumağı, həm də aktyorluğu eyni anda bacarmaq qabiliyyəti tələb edir. Bəzi ifaçılar bu çətinlikdən şikayətlənirlər. Bəs siz İlk vaxtlar opera səhnəsində çətinlikləriniz nə olurdu?

– Çətinliyim o olurdu ki, mən oraya aktyor kimi getməmişdim. Səhnə hərəkətləri mənim üçün çox çətin idi. Xaraktercə komplekslərim var idi, utancaq idim, səhnəyə çıxanda yeriyə bilmirdim. Onda teatrın indiki baş rejissoru Hafiz Quliyev mənə çox kömək etdi. Səhnədə mənə yeriməyi, obrazı yaşamağı öyrətdi. Beləcə, səhnədə böyüyüb, böyük rollar ifa etdim, “Məcnun” oldum. “Leyli və Məcnun”un iki il öncə film operası da çəkildi. Həmin filmi məşhur rejissor Mehdi Məmmədovun nəvəsi Mehdi Məmmədov çəkdi. Xalq artisti Aygün Bayramova ilə tərəf müqabili olduq.

Bəs bundan başqa filmlərdə çəkilmək təklifi gəlirmi?

– Əslində təklif gəlmir. Heç o qədər həvəsim də olmayıb. Xanəndə olduğuma görə daha çox özümü bu sahədə görürəm.

“O zaman təcrübəm köməyimə çatdı”

Səhnədə başınıza gələn hansı maraqlı məqamlar var ki, heç vaxt unuda bilmirsiz?

– Canlı tamaşa zamanı hər şey ola bilir, gözləmədiyin hadisələrlə üzləşirsən. Bir dəfə böyük sənətkərımız Nəzakət Teymurova ilə “Leyli və Məcnun”u oynayırdıq.Həmin quruluşda qaçdı – tutdu səhnəsi var idi, çantada gül olurdu. Bu qaçdı – tutdudan sonra Məcnun Leyliyə gül uzatmalı idi. Həmin ərəfədə gül mənim çantamdan düşmüşdü. O anki gəldi, Leyli ilə üz-üzə gəldik. Əlimi atdım ki, gülü Leyliyə uzadım, gördüm ki, gül yoxdur. O zaman təcrübəm köməyimə çatdı. Leylinin ətrafına fırlandım. Leyli də başa düşdü ki, gül yoxdur (Gülür). Təbii ki, tamaşaçı bunu hiss etmədi.

Məcnun deyəndə hər kəsin gözündə Mənsum İbrahimovu canlandırması çətin deyil. Hətta özünüz də dəfələrlə vurğulamısınız ki, Məcnun obrazı ilə xarakteriniz üst-üstə düşür. Mənsə soruşmaq istərdim ki, Məcnunda olan hansı xüsusiyyət var ki, o sizə tamamilə yaddır?

– Təbii ki, əsərdəki Məcnun kimi heç vaxt səhraya düşmərəm (Gülür). Həmişə bir cümləm var ki, illər sonra bu qənaətə gəlmişəm, Allahın bu dünyada yaratdığı nə varsa, hamsının “Məcnun”uyam. O zaman yaşamaq mənə rahat olur.

“Xanımımın mənə dəstəyi olmasa, çətin olardı”

Bilmək istərdim bəs həyatdakı  “Leyli”nizin bu sənətinizə hansı dəstəyi olub və ya bu hələ də davam edir?

– Əlbəttə. Həyatdakı “Leyli”m uşaqlarımın anasıdır, biz eyni məktəbdə oxumuşuq. Xanımımın mənə dəstəyi olmasa, çətin olardı. Həyat yoldaşım ziyalıdır, bütün tamaşalarıma, tədbirlərimə gəlir. Ailəm mənim ilk tənqidçilərimdir.

Onların tənqidini necə qarşılayırsınız?

– Çox yaxşı qəbul edirəm. Çünki çox vaxt kənardan bunu sənə demirlər. Evdəkilər hamısını rahat deyirlər.

Çoxları deyir ki, sənətkarın həyat yoldaşı olmaq çətindir. Siz bu fikirlə razılaşırsınızmı? Çətinliklər nələrdir?

– Muğam janrı çox ciddi janrdır, şou deyil. Səhnədə sənət göstəririk. Əgər insanlar bir-birini anlayırsa, problem yaranmır. Hər zaman deyirəm ki, bir insanın ya əxlaqı var, ya da yoxdu Sahib olduğun sənətin buna heç bir aidiyyatı yoxdur. O da ki,  Allahdan gələn şeydir.

Deyə bilərik mi səhnədə eşq cəhətdən bəxti gətirməyən Məcnun həyatda xoşbəxtdir?

– Xoşbəxtlik mənim üçün nisbi anlayışdır. Sadəcə bəzi anlar var ki, o zaman insan özünü xoşbəxt olur. Amma mən həyatımdan çox məmnunam. Allaha verdiyi səsə, ailəmə, sağlamlığıma görə hər zaman şükür edirəm və şükür etməyi çox xoşlayıram. Ən çətin anımda belə gileylənməyi xoşlamıram. Yaşayırıqsa, problemlər, çətinliklər də olmalıdır. Həyat düz xətlə getsə, maraqsız olar.

foto6

“Opera hər gün yazılmır”

Muğam sənəti ilə bağlı bir azdan daha ətraflı danışacağıq. Amma bildiyiniz kimi indi muğam aləmində çox yaxşı inkişaf olsa da, nədənsə bunun əksini Opera sənətində görürük. Sizcə problem nədədir?

– Bu gün muğama dövlət dəstəyi yüksək səviyyədədir. Operaya gəldikdə isə təkcə bizdə yox, bütün dünyada belədir ki, opera hər gün yazılmır. Onlar klassikadır, vaxtında yaranıb. Məsələn, son illər Vasif Adgözəlovun “Natavan” operası, Polad Bülbüloğlunun baleti yarandı. Bütün bunlar bir neçə ildən bir yaranır. Dünyada da belədir. Klassik operalar barmaqla sayılır, “Karmen”, “Toska”, “Aida” və s. İnsanların operaya marağı çox yüksək səviyyədədir. Özünüz də gəlib görə bilərsiniz, “Leyli və Məcnun” tamaşası olanda bilet tapılmır. Gələnlərin də çoxu gənclərdir. Çox sevinirəm ki, gənclərin muğam operasına marağı var.

Elə gənclərdən danışmışkən sizin 2005-ci ildən reallaşdırılan “Gəncləşən Muğam” adlı layihəniz var. Necədir orada işlər? Kifayət qədər maraq varmı?

– Sənət dostlarım Elçin müəllim və Eldar müəllimlə birləşib gənclərə dəstək məqsədi ilə “Heydər Əliyev” sarayı ilə müqavilə imzaladıq. İndiyə qədər altı konsert vermişik. Hər dəfə 40-50 gənc ifaçını hazırlamaq çox çətin işdir. Orada təkcə xanəndələr olmur, eyni zamanda tar və kamança ifaçıları çıxış edir. Oraya ustadlarımızı, sənətkarlarımızı dəvət edirik, anşlaqla gözəl konsert keçiririk.

“Hər dəfə yeni səslə muğam özü gəncləşir”

Muğamı gəncləşdirmək deyəndə təkcə gənclərin ifası nəzərdə tutulur, yoxsa muğama yeni nələrsə qatmaq?

– Hər dəfə yeni səslə muğam özü gəncləşir. Bir dövr var idi ki, sənətkarlar beş ildən bir yetişirdilər. İndi isə belə deyil. Bunların hamısı qayğı və dəstəyin nəticəsidir.

İndi hansı yeni layihələr üzərində işləyirsiniz?

– İşlərimiz çoxdur. Başqa ölkələrlə festivallara hazırlaşırıq, yeni albom üzərində işləyirəm. Artıq muğam layihəmizin CD-si çıxmaq üzrədir. Axı yaradıcılıq öhdəlik, plan deyil ki, deyim ki, bu il bu qədər iş görəcəm. Nə qədər gücün çatırsa, o qədərini edirsən.

Muğama gətirilən yeniliklərə münasibətiniz necədir?Əgər bu, peşəkarcasına edilirsə, yaxşı baxıram. Çünki bizim peşəkar bəstəkarlarımızın uğurlu sintezləri çox gözəl qarşılanıb. Hazırda professor Siyavuş Kəriminin bu istiqamətdə bir çox layihələri (Latın Amerikası, Norveç musiqiçiləri ilə ) var. Bu yaxınlarda bizim də bir layihəmiz oldu. Keçən ay Beynəlxalq Muğam Mərkəzində Argentina musiqiçiləri ilə birlikdə konsert verdik. Adı da “Tanqo və muğam” oldu. Çox maraqlı konsert verdik. Bir hissəni onlar, bir hissəni biz  Sonda isə onlarla birlikdə ifa etdik. Hamının da xoşuna gəldi. İndi onlar istəyir ki, biz bu konsertdən Argentinada da verək.

foto12

“İndi muğamımız intibah dövrünü yaşayır”

Biz gənc nəsildə muğama maraq muğam yarışlarından sonra başladı. Sualım da belədir ki, bütünlükdə götürsək, sizcə gənclər və ya yaşlılar arasında muğam bütün zamanlarda gündəmdə olub?

– Gənclər belədir ki, daha çox hərəkətliliyi sevirlər. Nə qədər insan gəncdir, daha çox dinamikaya fikir verir. Bir az yaş artıqca insanın həyata baxışı dəyişir. Bir də ki, təbliğatdan çox şey asılıdır. Müsabiqələrdən sonra gənclərin muğama marağı artdı. Düşünürəm ki, indi muğamımız intibah dövrünü yaşayır.

Mənsum bəy, istəyərdim bir az sənətinizlə bağlı olduğunuz xarici səfərlərinizdən danışaq. Sənətinizlə bağlı tez-tez xarici səfərlərdə olursunuz. Necə düşünürsünüz Azərbaycanda olan dinləyicilərlə, xarici ölkələrdəki dinləyicilər arasında hansı fərqlər var?

– Muğam elə bir musiqi janrıdır ki, dünyanın harasında olursansa, ol, əgər o ifaçı peşəkardırsa, ona qulaq asırlar. Təbii ki, dinləyicilər arasında fərq var. Məsələn, Azərbaycanda olan hər kəs sözləri anlayır deyə, rahatlıqla hər cür muğam ifa edirsən, amma xaricdə olanda onlar sözləri başa düşmədiyinə görə daha çox ifaya fikir verirlər, ona görə də çalışırıq daha çox dinamik ifa edək. Daha çox ən gözəl yerlərini göstəririk.

Xaricə səfərlərinizlə bağlı hansı unudulmaz  xatirəniz var?

– Çox olur. 2011-ci ildə Kopenhagendə “Vomex” festivalına getmişdik, 30 ölkə iştirak edirdi. Azərbaycan Diasporası orada bizi bayraqlarla dəstəkləyirdi. Bizim çıxışımızdan sonra danimarkalı jurnalist səhnəyə çıxdı, Diasporamızın birinin əlindən bayrağı alıb öpdü və dedi ki, belə musiqisi olduğuna görə bu xalqın qarşısında baş əyirəm.

“Mən heç vaxt başqa ölkədə yaşaya bilmərəm”

Özünüzə hər hansı məhdudiyyət qoyursunuzmu ki, bu müddətdən artıq xarici ölkədə qala bilmərəm? Yəni bu artıq ölkə həsrətinə çevrilir?

– Bir həftədən sonra artıq darıxıram. Oralar nə qədər gözəl olsa belə, vətən hər zaman insanı çəkir. Məsələn, mən heç vaxt başqa ölkədə yaşaya bilmərəm. Mənim üçün dünyanın ən gözəl yeri Azərbaycandır.

Son olaraq gənc muğam ifaçılarına hansı məsləhətləriniz olardı?

– Arzum budur ki, sənətlərini mükəmməl öyrənsinlər. Səbrli olsunlar.

[maxgallery id=”128721″]

Söhbətləşdi: Kəmalə Rövşən

Fotolar: Xatirə İsmayılova

 

 

 

 

 

 

 

 

Öncəki xəbərNövbəti xəbər

12 şərh

  1. I and also my guys have been following the great pointers from the website and instantly came up with an awful feeling I never expressed respect to the web blog owner for those tips. Most of the guys are actually so glad to read through all of them and have now without a doubt been taking advantage of these things. We appreciate you genuinely simply considerate and then for picking some ideal useful guides most people are really desperate to be informed on. Our own sincere regret for not saying thanks to you sooner.

  2. Thanks so much for providing individuals with an extremely remarkable possiblity to read from this website. It can be so good plus stuffed with fun for me personally and my office fellow workers to visit the blog at minimum three times per week to read the new things you have got. And indeed, I’m just actually impressed with your remarkable information you give. Selected two facts on this page are unequivocally the simplest I have ever had.

  3. Geri izləmə: vagragenericaar.org
  4. Thank you for all of your effort on this web site. Debby delights in managing research and it’s really simple to grasp why. My partner and i know all relating to the dynamic medium you give effective thoughts on the web blog and even boost response from the others on the issue while our favorite girl is without question studying a whole lot. Enjoy the remaining portion of the new year. You’re carrying out a wonderful job.

  5. I am also commenting to make you be aware of what a fabulous experience my wife’s princess found reading through your webblog. She discovered several pieces, which include how it is like to possess a very effective giving character to make a number of people completely know precisely certain advanced things. You truly exceeded our own expectations. I appreciate you for providing the priceless, trusted, edifying as well as fun tips on the topic to Sandra.

  6. I am also commenting to let you understand of the fantastic discovery my friend’s princess experienced browsing the blog. She even learned plenty of details, which include what it is like to possess an ideal coaching mood to make many people really easily comprehend chosen tricky topics. You actually surpassed my desires. Thanks for rendering such useful, safe, explanatory and even fun tips on your topic to Emily.

  7. I and my friends were looking at the great information on your website and so the sudden I got a terrible feeling I never expressed respect to the site owner for them. These guys became totally warmed to read through all of them and have in effect in reality been tapping into these things. We appreciate you actually being considerably thoughtful and also for picking out varieties of tremendous things millions of individuals are really needing to learn about. Our own honest regret for not saying thanks to sooner.

  8. My wife and i ended up being quite joyful that Jordan managed to carry out his investigation by way of the ideas he acquired in your web pages. It is now and again perplexing to simply possibly be giving for free tips and tricks that many some other people could have been selling. We really recognize we have the website owner to be grateful to for this. The illustrations you have made, the simple website navigation, the relationships you help create – it is many fantastic, and it’s really leading our son and our family recognize that this subject is enjoyable, which is certainly really mandatory. Thanks for the whole thing!

  9. Geri izləmə: albuterol inhaler
  10. Geri izləmə: best price generic viagra
  11. I wanted to compose you one very small note so as to say thanks a lot yet again for the extraordinary pointers you’ve featured on this website. It’s simply pretty generous with people like you in giving openly what exactly a few individuals could possibly have distributed as an e book in making some bucks for themselves, certainly seeing that you could possibly have done it in case you desired. These smart ideas as well worked like a great way to fully grasp that some people have the identical eagerness just like mine to see more in respect of this issue. I’m certain there are some more pleasurable opportunities up front for people who looked over your blog post.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.