Sosial, ZZ-Manşet

Mehriban Əliyeva Roma şəhərinin meri ilə görüşüb

mehriban_aliyeva_ignatsio_01İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşmüşdür.

GSR.fm-in Trend-ə istinadən məlumat verir ki, Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirmişdir. İqnatsio Marino dövlətlər arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirmiş, münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Roma şəhərinin meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulamış, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirmişdir. O, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışmışdır. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət etmişdir. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul etmişdir.

Görüşdə gələcəkdə də ölkələr arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılmışdır.

Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilmişdir. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləmişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirmişdir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.