Müsahibə, Sosial, ZZ-Manşet

“Məktəblərdə kompüter otaqları muzey kimi qalır”

komputerAyın sonunadək Bakıda STEP IT Academy – Kompüter Akademiyası açılacaq. Bu haqda layihənin meneceri Aleksey Sleptsov deyib. Kompüter Akademiyası IT təhsildə ixtisaslaşan beynəlxalq tədris müəssisəsidir.

Məsələ barədə GSR.fm-ə  filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil  Sadiq müsahibə verib. O, deyib ki, bu, dövlət üçün çox önəmlidir və bugünki dünya ilə ayaqlaşmaq üçün vacib qərarlardan biridir:

“Bugünki dövrdə Azərbaycanda Kompüter Akademiyasının açılmasına ehtiyac var. Ümid edirəm ki, bizim orta məktəblərdə açılan kompüter otaqlarına bənzəməyəcək. Son vaxtlar yanlış olan məqamlardan biri də budur. Çox yüksək səviyyədə otaqlar qurulur, hazırlanır, avadanlıqlarla təchiz olunur, amma qapıları bağlanır və oraya şagirdlərin girməsinə icazə verilmir, sadəcə görünüş üçün muzey kimi qalır. Gələnə göstərirlər ki, bizim kompüter otağımız var. Bu dövlətin göstərdiyi dəstəkdir, amma yerdə icraçılar, icra edən şəxslər bunu formal bir vəziyyətə çevirir. Akademiya ümid edirəm ali məktəb kimi fəaliyyət göstərəcək. Akademiya fəaliyyətə tam başladıqdan sonra biz bu barədə daha geniş danışa bilərik”.

Həmçinin Şəmil Sadiq  Azərbaycan texnologiya istehsalçısına çevrilə biləcəyi ehtimalından da danışır. O, bildirib ki, Azərbaycanın özünün də potensialı var:

“Mən Azərbaycan gənclərini çox yüksək səviyyədə görürəm. Dünya olimpiadalarında, ən böyük yarışlarda Azərbaycan gəncliyi riyaziyyatda, məntiqdə həmişə öndə olub.  Əsasən də riyaziyyat, fizika kimi sahələrdə olan olimpiadalarda, universitetlərin keçirdiyi bilik yarışlarında azərbaycanlı gənclər hər zaman ilk sıralarda yer alıb. Hətta statistikalara görə dünya olimpiadaları ilə də riyaziyyat baxımından minlərlə Azərbaycan gənci ayaqlaşa bilir. Bu baxımdan Azərbaycan gəncliyində böyük bir potensial var. Sadəcə bunu yönləndirmək və düzgün istiqamətləndirmək lazımdır ki, ondan fayda görə bilsinlər. Bu ərazinin, bu torpağın  buna imkanı çatır. Böyük işlər görmək və onları ortaya qoymağı bacarmaq lazımdır. Ümid edirəm ki, bu atılan addımlar da buna yönəlmiş addımlardan  biridir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.