Texnologiya, ZZ-Manşet

“Mercedes-Benz” yeni rodsterinin sirrini açıb

mercedes“Mercedes-Benz” şirkəti kupe GT-nin bazasında hazırladığı öz yeni rodsterinin sirrini açıb. Avtomobil “Mercedes-AMG” brendi altında buraxılıb və kabriolet “Porsche 911”-in rəqibi sayılır. Avtomobilin təqdimatı sentyabrın 29-da Paris avtosalonunda keçiriləcək.

GSR.fm auto.az-a istinadən bildirir ki, yeniliyin dizaynı “Mercedes-AMG GT3”-ü xatırladır. Avtomobil yığılıb-açılan yumşaq dam və stop-siqnalı olan böyük baqaj alıb. Avtomobilin damı 50 km/saat sürətdə açılıb-yığıla bilər. Bundan əlavə, avtomobil yenidən tənzimlənən asma ilə təchiz edilir. Yeniliyin dəqiq çəkisi məlum deyil. Əvvəllər bildirilirdi ki, rodsterin çəkisi 1700 kq olacaq.

“Mercedes-AMG GT”-nin baza versiyasını 4-litrlik, 470 a.g. olan biturbolaşdırılmış V8 ilə təchiz ediblər. “Mercedes-AMG GT S Roadster” adlı güclü versiya isə 550 a.g. verən təkmilləşdirilmiş V8 mühərriki ilə təchiz edilir. Aqreqatlar 7-pilləli avtomat sürət qutusu və “Speedshift” ikili mufta ilə təchiz edilib.

Bir qədər əvvəl məlum olub ki, “Mercedes-Benz” şirkəti gələcəkdə GT ailəsini genişləndirəcək. Rodsterlə yanaşı, daha bir yenilik isə trek üçün nəzərdə tutulan GT4 olacaq.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.