Texnologiya, ZZ-Manşet

Messencerlər sosial şəbəkələri məhv edir

smartfonRusiyanın ən tanınmış internet sahibkarı Pavel Durov bu günlərdə “TechCrunch” nəşrinə müsahibəsində deyib ki, “Telegram” messencerinin aylıq auditoriyası 62 milyon olub, bu messencer üzərindən göndərilən mesajların sayı isə 2 milyarda çatıb.

Durov bildirib ki, bu, əla göstəricidir.

Qeyd edək ki, başqa ani mesaj xidmətlərində daha sürətli artım qeydə alınıb. Belə ki, 2014-cü ilin yazında “Facebook” şirkəti tərəfindən 19 milyard dollara satın alınmış “WhatsApp” ötən il ərzində abunəçilərinin sayını 450-dən 800 milyonadək artırıb.

GSR.fm ictnews-a istinadən xəbər verir ki, 2014-cü ilin son üç ayında “Viber”in aktiv istifadəçilərinin sayı 15 faiz yüksələrək 2015-ci ilin fevralında 236 milyona çatıb. “Viber” messencerində 516 milyon istifadəçi qeydiyyatdan keçib.

Məlumdur ki, messencerlər sosial şəbəkələrdən əvvəl də mövcud olub. Məsələn, indiyədək mövcud olan və indi “Mail.Ru Group”un tərkibində kifayət qədər uğurla inkişaf edən “ICQ” 1996-cı ilin sonunda yaradılıb, “WhatsApp” messencerinin istifadə etdiyi “Jabber” (indi “XMPP”) açıq protokolu üzərində işlərə 1998-ci ildə başlanılıb. Ancaq sosial şəbəkələrin inkişafı ilə əlaqədar “ICQ” haqda müəyyən müddət unudublar.

Smartfonların yaranması və genişzolaqlı mobil internetə çıxış ani mesaj xidmətlərinin sürətli inkişafına təkan verib. Belə demək olar ki, ilk “iPhone” smartfonunun çıxarılması yeni messencer erasının başlanğıcı olub.

Bu halda sosial şəbəkələr öz bazarını itirməmək üçün uğurlu yeni layihələr satın almaq məcburiyyətində qalıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.