Microsoft minlərlə nəfəri işdən çıxaracaq.
GSR.fm Marja-ya istinadən xəbər verir ki, şirkət verdiyi açıqlamada, cəmi işçi güvvəsinin 14%-nə bərabər olan 18 min adamı işdən çıxaracağını bəyan edib. Microsoft ilk etapda 13 min adam ilə yolları ayıracaq. Şirkətin bu il tərkibinə qatdığı Nokiada 25 min adam işləyir. Bunların 4 min 700-ü isə Finlandiyadadır.
Bu əməliyyat Microsoftun tarixindəki ən böyük işdən çıxarma olacaqdır. Şirkət daha əvvəl də 2009-da 5 min 800 adamı işdən çıxarmışdı. Microsoftun 127 min işlçisi var.