Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.
GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, spiker Oqtay Əsədov gündəliyi təqdim edərək bildirib ki, 2 məsələ gündəliyindən çıxarılaraq növbəti iclasa keçirilib.
Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə olan dəyişikliklərdir.
Bugünkü iclasın gündəliyində 25 məsələ var.