Magazine, ZZ-Manşet

Model timsaha döndü

timsahGeniş araşdırmalar nəticəsində möcüzə ortaya çıxıb.

Türkiyəli model Yasemin Acar “timsah qadın”a çevrilib.

GSR.fm-in Oxu.az-a istinadən verdiyi xəbərə görə, “Bursaspor” azarkeşi vizajist Derya Güner 8 saat çalışaraq “timsah qadın” makiyajı edib. Xəmir, qida boyası, sim və xüsusi makiyaj vasitələrindən istifadə edərək modeli sanki timsaha çevirən Güner ““Bursaspor”umuzun simvolu olan timsahı əsas götürərək model Yasemin Acara 3 ölçülü makiyaj edib, çox fərqli dizayn reallaşdırdıq. Makiyaj 8 saat davam etdi. İçində xüsusi qarışıqların olduğu vasitələrdən istifadə etdik. Makiyaj edərkən olduqca çətinlik çəkdim, amma sonda bacardıq. “Bursaspor”umuza uğurlar diləyirik” deyib.

Stilist Tarkan Acar isə ““Bursaspor” azrakeşi kimi belə bir dizayna imza atdığım üçün çox xoşbəxtəm. Derya Günerə çox təşəkkür edirəm. Gərgin əməyi və geniş araşdırmaları ilə bu möcüzə dizaynı ortaya çıxardı. Modelimiz də böyük fədakarlıq etdi. Çətin oldu, ancaq məqsədimizə çatdıq. “Bursaspor”a kuboku qazanmaqda uğurlar diləyirəm”, – deyə şərh verib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.