Sosial, ZZ-Manşet

MSK daimi seçicilərin siyahısını açıqlayıb

msk-bin1Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasın gündəliyinə MSK-nın 12 noyabr 2013-cü il tarixli iclas protokolunun təsdiq edilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibi, MSK-nın bəzi normativ xarakterli aktlar və bəzi Dairə Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələlər daxil edilib.

GSR -in  APA-ya istinadən xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, hər il müvafiq icra strukturları ilə birgə 125 dairə üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsi həyata keçirilib. Onun sözlərinə görə, bu il daimi seçicilərin sayı 5 milyon 54 min 455 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 1,4% artım deməkdir: “Seçicilərin 52%-ə yaxını qadınlar, 48%-ə yaxını isə kişilər olub. 100-dən yuxarı yaşı olan 856 seçici qeydə alınıb və onlardan ən yaşlısı 126 yaşındadır”.

MSK sədri qeyd edib ki, seçicilərin dəqiqləşməsi zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun bütün addımlar atılıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Sonda cari məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, jurnalistlər seçici siyahılarının çapı və saxlanma şəraiti ilə də tanış olublar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.