Siyasət, ZZ-Manşet

Müdafiə naziri Brüsselə gedib

zakir-hasanovAzərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə gedib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.

Zakir Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüsseldəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə də iştirak edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.