“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyir”.
GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. “Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər başa çatdı. Biz əsas məsələlər üzrə tərəqqini səbirsizliklə gözləyirik”, – deyə o, bildirib.
Qeyd edək ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriblər.