Podkastlar

“Musiqi çətinləşdikcə labirintə bənzəyir”

Eldar Mansurov – bu ad çoxlarımıza tanışdır. O, həyatını musiqiyə həsr edən və yaddaşımızda silinməz iz qoyan bəstəkarlardandır. Eldar Mansurov 1952-ci ildə İçərişəhərdə musiqiçi ailəsində doğulub. Atası Bəhram Mansurov da Azərbaycan muğamlarını dünyaya tanıtdıran ilk sənətkarlardan olub.

Eldar uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olur və bu tədbirlər onun musiqiyə marağını artırır. Gənc yaşlarından məhşur “Beatles” qrupuna pərəstişkarlıq edən Eldar eyni zamanda “Eksperiment OK” qrupunun solisti olur. Bu qrupla birgə Eldar ilk dəfə BDU-nun 51 illiyində, 1971-ci ildə isə Yaşıl teatrda Qızıl payız müsabiqəsində çıxış edir.

Bütün bunlarla yanaşı Eldar həmçinin müəllimlik fəaliyyəti ilə də məşğul olur. Bu dövrdə o, Azərbaycanın bir sıra təhsil ocaqlarında, o cümlədən İstanbul universitetlərinin birində də dərs deyir.

Daha sonra bir-birinin ardınca  bir sıra əsərlər bəstələyən Eldar Mansurovun “Bayatılar” mahnısı, qısa zaman ərzində məhşurlaşır. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa olunur. 1990-cı ildə isə “Melodiya” şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında yayılır. “Bayatılar” sovet məkanı ilə yanaşı Türkiyə, Yunanıstan, ABŞ, Kanada, Ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən ifa olunur.

Bəstəkarın “Bəhramnamə” əsəri də belə əsərlərdəndir. Əsər onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. “Bəhramnamə” layihəsi əvvəlcə albom şəklində musiqisevərlərə təqdim olunur. Sonra layihənin efir ömrü başlayır. Bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səslənir. Nəhayət, layihə nəhəng konsert proqramı ilə tamamlanır. “Bəhramnamə”də Şərq və Qərb görüşür. Eldar Mansurov bu əsərində orijinal sintez yaradıb simfoniya, rok və muğamı birləşdirərək onları cazla daha da rəngarəng edir.

“Bəhramnamə”də Eldar Mansurov klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim edir. Bəstəkarın fikrincə, “Dahi şeylər sadə olur. Musiqi nə qədər çətinləşsə, labirintə bənzəyir,çalışsan da içindən çıxa bilmirsən.”

3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi olan bəstəkar, həmçinin, Teatr tamaşalarına, filmlərə də mahnılar bəstələyir.

Simli orkestr üçün pyeslər,Simli alətlər üçün musiqi, uşaq xoru üçün 2 mahnı, “Кleopatra” rok-balet, “Оlimp” 1 pərdəli rok-baleti, “Yeddi gözəl” rоk-оperаsı, yazan bəstəkar həmçinin “Daşdan tikilmiş şəhər”, “İşğal”, “Qisas günü”, “Neftçi-87” flimlərə mahnılar bəstələyib.

Eldar Mansurov 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının,1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bəstəkar 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin katibidir.

 

Öncəki xəbərNövbəti xəbər

11 şərh

  1. After looking over a handful of the blog articles on your
    site, I honestly appreciate your way of writing a
    blog. I book-marked it to my bookmark webpage list and will be checking back soon. Please check
    out my web site too and tell me how you feel.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.