Texnologiya, ZZ-Manşet

“NASA” Marsa kosmonavt göndərəcək

nasa-logo-670x440Kosmonavtları asteroidlərə və Mars planetinə çatdıracaq prinsipcə yeni raketin yaradılması prosesində irəliləyişə nail olunub. Bu barədə ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi nümayəndələri bildirib.

GSR.fm-in “ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi xəbərə görə, mühəndislərin qənaətinə fikrincə, bu, kosmonavt və yükləri kosmosa çatdıracaq yeni nəsil raketdir. Bura asteroidlərə ekspedisiyalar da daxildir. Bundan başqa, məhz bu raket Marsa ilk ekspedisiya üçün nəqliyyat vasitəsi olacaq.

“Bu, çox iddialı proqramdır”, – “NASA” direktorunun köməkçisi Robert Laytfut deyib. O qeyd edib ki, layihənin texniki və proqram hissəsi uğurla təhlil olunub.

Öz növbəsində “NASA” rəhbərinin digər köməkçisi, tədqiqat və əməliyyatlara məsul Uilyam Qerstenmayer xatırladıb ki, layihə üzərində iş artıq üç ildir davam edir. Hazırda mühəndis və mütəxəssislər bilavasitə raketin yaradılmasına başlayırlar. U.Qerstenmayer deyib ki, raket mühərrikinin, eləcə də onu Yer atmosferindən kənara çıxaracaq pillələrin sınağı oktyabr-noyabrda keçiriləcək.
Yeni raketin iki – kiçik yükləmə (77 ton) və böyük yükləmə (143) tipinin yaradılması nəzərdə tutulur. Kiçik raketin yaradılmasının dəyərinin qiymətləndirilməsi 7 milyard dollar təşkil edir.

Bununla yanaşı, “NASA” nümayəndələri yeni raketin dəqiq buraxılma tarixini açıqlamayıblar. Agentlik təmsilçiləri qeyd ediblər ki, qarşıda görüləsi çətin işlər var və nəticədə real və etibarlı aparatın ərsəyə gəlməsi gözlənilir. Odur ki, hazırda dəqiq vaxt barədə danışmaq düzgün olmaz.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.