Texnologiya, ZZ-Manşet

“NASA” Nepalda yeni texnologiyanı sınaqdan keçirib

nasa_proqram_300ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən hazırlanan yeni texnologiya aprelin sonunda Nepalda baş vermiş güclü zəlzələdən sonra dağıntılar altında qalan dörd insanın həyatını xilas etməyə imkan verib.

GSR.fm ictnews-a istinadən xəbər verir ki, insanları ürək döyüntüsünə görə aşkar edən “FINDER” (Finding Individuals for Disaster and Emergency Response – fövqəladə vəziyyət və ya təbii fəlakət nəticəsində insanların axtarışı) cihazlarının prototipləri təbii fəlakətdən dərhal sonra ölkəyə gətirilib və ilk dəfə səhra şəraitində istifadə olunub.

2013-cü ildə hazırlanan texnologiya insanın dağıntılar altında yerin 9, beton altında 6 və açıq yerdə 30 metrədək dərinliyində ürək döyüntüsünü aşkar etmək üçün mikrodalğalı radardan istifadə edir.

Nepalda baş verən zəlzələ nəticəsində səkkiz mindən çox insan həyatını itirib, yüz minlərlə ev dağılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.