İqtisadiyyat, Sosial, ZZ-Manşet

Naxçıvan Vergilər Nazirliyi işçi axtarır

vergi

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edib.
GSR.fm “Report”a istinadən  xəbər verir ki, müsabiqəyə sənəd qəbulu cari ilin oktyabrın 3-dən noyabrın 1-dək aparılacaq.
Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla), iqtisadiyyat, idarəetmə, hüquq və beynəlxalq iqtisadi münasibətlər üzrə ixtisas sahələrindən birinə malik olan və Azərbaycanın dövlət dilini sərbəst bilən Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəni uğurla keçən namizədlərə 31 sayda vakant yer üzrə iş təklif ediləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.