Sosial, ZZ-Manşet

Neftçalada suvarma kanalı tikilir

suvarma kanalNeftçala rayonunda uzunluğu 25 kilometr olan magistral kanalının tikintisi davam edir.

GSR.fm AZƏRTAC-a istinadən xəbər verir ki, kanal istifadəyə verildikdən sonra su çatışmazlığından əziyyət çəkən Xol zonasında 15 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.

Kür çayından başlayaraq Akkuşa çayına kimi uzunluğu 25 kilometr olan magistral kanal ilə “Vlaqa” nasos stansiyasının tikintisi paralel aparılır. İş icraçısı Pənah İsmayılov bildirib ki, hazırda kanalın 3-cü kilometrliyində betonlama işləri gedir. Nasos stansiyasında isə diametri 1300 millimetr olan 4 boru xətti quraşdırılıb və onların ikisi hazır vəziyyətə gətirilib. Bunlarla yanaşı, magistral kanalda 14 ədəd alt keçid, 1 körpü və 1 su ötürücüsünün tikintisi də aparılır.

Eni 12 metr, dərinliyi 3 metr olan magistral kanaldan saniyədə 15 kubmetr su keçəcək, sakinlər öz əkin sahələrini normal qaydada suvara biləcəklər.

Bu ilin sonunadək kanalın 7 kilometrində betonlama işləri başa çatacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.