Texnologiya, ZZ-Manşet

Norveçlilər partlayışa davamlı smartfon istehsal edib

impactXNorveçin “Pixavi” şirkəti ekstremal şərait üçün nəzərdə tutulmuş “Impact X” smartfonunu buraxıb. Aparat “ATEX” və “IECEx” təlimatlarına uyğun sertifikatlaşdırılıb, qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Smartfonun ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.
 
GSR.fm ICTnews-a istinadən bildirir ki, smartfon 2 metr hündürlükdən yerə düşdükdə zədələnmir. “Impact X” smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekran 2 millimetrlik “Gorilla Glass 2” şüşəsi ilə təchiz edilib. Prosessor haqqında hələ ki informasiya yoxdur. Aparata “Android 4.2.2 Jelly Bean” platforması quraşdırılıb.
 

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.