Müsahibə, Siyasət, ZZ-Manşet

“Önə çəkilən məsələlər iqtisadi platformada olacaq”

9_avqust_gorusu

Avqustun 9-da Rəcəb Tayyub Ərdoğan Rusiyaya səfər edəcək.

Bu barədə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu GSR.fm-ə müsahibə verib. Onun sözlərinə görə, hazırda Moskvada olan Türkiyə baş nazirinin köməkçisi Mehmet Şimşek təyyarə hadisəsindən sonra Rusiyaya səfər etmiş ilk yüksək rütbəli türkiyəli hökumət nümayəndəsidir:

“2015-ci ilin noyabr ayında Rusiya təyyarəsini vurmasından sonra ilk səfəri olacaq. Türkiyə baş nazirinin köməkçisi Mehmet Şimşeyin Moskvada rusiyalı həmkarı Arkadi Dvorkoviçlə görüşdən sonra verdiyi açıqlamada da, səfərin əsas məqsədinin ikitərəfli münasibətlərin ən qısa zamanda normallaşdırmaq olduğunu bildirib. Hər halda hər iki tərəfin buna ehtiyacı var və bu münasibətlərin tam şəkildə oturuşmasına mane olacaq faktorların olmasına baxmayaraq, istiləşməsi üçün qarşılıqlı addımlar atılmaqdadır və atılacaq”.

Vüqar bəy qeyd edib ki, Suriya ətrafında ciddi fikir ayrılığı mövcuddur və  burada tərəflərin hər hansı güzəştinin olacağı gözlənilmir:

“Sadəcə olaraq, Rusiya və Türkiyənin Suriyaya dair məsləhətləşmələrə başlaması normal olardı. Lakin prezidentlərin görüşündə önə çəkilən ən əsas məsələlər iqtisadi platformada olacaq. İki ölkə arasında 35 milyard dolları aşan mübadilə var idi və onun bərpası, hətta daha da genişlədilməsi müzakirə olunacaq. Turizm və tikinti sektorundan tutmuş, qida embarqolarına qədər bir çox məqamlar heç şübhəsiz ki, müzakirə masasında yatırılacaq”.

Vüqar bəy həmçinin  bildirib ki,  iqtisadi layihədən daha çox siyasi çalarlara malik “türk axını” layihəsi ətrafında da müzakirələr başlanacaq:

“Bildiyiniz kimi, Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev, Türkiyəyə tətbiq edilən qida embarqosunun prezidentlərin 9 avqust görüşünə qədər qaldırılmayacağını bildirmişdi. Burada vacib məqam odur ki, Türkiyə Asiyadan Avropaya gedən qaz yolunun təbii tranzitidir. İsrailin şelfində qaz yataqları tapılıb. Türkiyə ilə İsrailin Roma anlaşmasına diqqət çəkmək istərdim bu məqamda. Digər tərəfdən, bildiyiniz kimi, Misir və Rusiya da qaz ixracatçılarıdır. Başqa tərəf isə, bazara girməyə hazırlaşan və uzun müddətdir ki, bunu gözləyən İrandır. Odur ki, burada bir neçə ölkənin və tranzit kimi Türkiyənin maraqları bir araya gəlib. İndi burada ən ciddi məsələ odur ki, bu ölkələrin qazın ixracı ilə bağlı maraqları toqquşmasın”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.