Əsli Axundovanın təqdimatında yayımlanan “Ahəng” verilişinin 22 aprelə olan buraxılışı bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti, yaradıcılığında xor musiqisi janrı əsas yer tutan Cahangir Cahangirova həsr olundu. Efir müddətində bəstəkarın bəstələdiyi musiqilər səsləndirildi, yaradıcılığından danışıldı.